Funksiya: Biznes İnkiaşf Direktorluğu/ Tikinti,Təmir və Energetika Şöbəsiİş şəraitiİş yeri: Bakı şəhəriİş qrafiki: Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00Əmək haqqı: Müsahibə əsasında təyin olunurÜmumi məlumat
•Şirkətin mövcud və yeni tikinti, təmir və yenidənqurma layihələrinin planlaşdırılması, təşkili və icrasının idarə edilməsi, layihələrin müəyyən edilmiş büdcə, vaxt qrafiki, keyfiyyət standartları və texniki tələblər çərçivəsində tamamlanmasının təmin edilməsi.
Vəzifə funksiyaları
•Tikinti, təmir və yenidənqurma layihələrinin ilkin planlaşdırılmasından təhvil-təslim mərhələsinədək bütün prosesini idarə etmək
•Layihələr üzrə iş planını, icra qrafikini və əsas mərhələləri hazırlamaq, icrasına nəzarət etmək
•Layihə üzrə texniki sənədləri, layihə-smeta sənədlərini, iş həcmlərini və texniki tələbləri nəzərdən keçirmək
•Tikinti işlərinin təsdiq edilmiş layihəyə, texniki şərtlərə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək
•Podratçı və subpodratçı şirkətlərin fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq
•Layihə üzrə büdcənin icrasını izləmək, xərclərə nəzarət etmək və mümkün kənarlaşmaları vaxtında müəyyənləşdirmək
•Tikinti materialları, avadanlıq və digər resurslara olan ehtiyacların vaxtında müəyyən edilməsini və təminat prosesinin koordinasiyasını həyata keçirmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Layihə ərazisində mütəmadi baxışlar keçirmək, işlərin faktiki vəziyyətini və icra qrafikinə uyğunluğunu yoxlamaq
•Layihə çərçivəsində yaranan texniki və təşkilati problemləri müəyyən etmək və operativ həllini təmin etmək
•Memar, mühəndis, texniki nəzarətçi, podratçı və digər aidiyyəti tərəflər arasında effektiv koordinasiyanı təmin etmək
•Görülmüş işlərin aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək
•Layihənin gedişatı, büdcəsi, riskləri və icra vəziyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
•Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək
•Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasını təmin etmək.
Vəzifə tələbləri
•Ali təhsil (İnşaat mühəndisliyi, Mülki tikinti, Memarlıq və ya əlaqəli sahə üzrə)
•Tikinti və ya layihələrin idarə edilməsi sahəsində minimum 3–5 il iş təcrübəsi
•Tikinti layihələrinin planlaşdırılması və icrasının idarə edilməsi üzrə praktiki təcrübə
•Layihə-smeta sənədləri, texniki çertyojlar və iş həcmləri ilə işləmək bacarığı
•Tikinti prosesləri, materialları və texnologiyaları haqqında yaxşı biliklər
•Podratçı və subpodratçılarla iş və onların fəaliyyətinin koordinasiyası üzrə təcrübə
•Layihə büdcəsinin və icra qrafikinin idarə edilməsi bacarığı
•AutoCAD proqramında texniki çertyojları oxuma və işləmə bacarığı
•MS Office proqramlarını yaxşı səviyyədə bilmək
•MS Project və ya digər layihə idarəetmə proqramları ilə işləmək bacarığı üstünlükdür
•Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür
•Güclü planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarıqları
•Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı
•Məsuliyyətlilik, nəticəyönümlülük və detallara diqqət
•Tikinti sahələrinə mütəmadi səfər etməyə hazır olmaq.
Təminatlar
•Nəqliyyat xidməti
•Nahar ödənişi.Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində Tikinti sahəsi üzrə Layihə Meneceri qeyd etməkl Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.