•Neft-qaz sektorunda və ya yüksək təzyiqli çənlərin/vessel-lərin istehsalı sahəsində ən azı 5-7 il olmaqla, ümumilikdə 10 ildən artıq iş təcrübəsi və bunun ən azı 4 ilini rəhbər/menecment vəzifəsində keçirmiş olmalı.
Ümumi vəzifə öhdəlikləri
•Layihələrin ilkin mərhələdən (konsepsiya, dizayn) istehsal, sınaq və yekun təhvilə qədər bütün həyat dövrünün (Life Cycle) beynəlxalq standartlara uyğun idarə edilməsi.
Yüksək Təzyiqli Avadanlıqlar (Vessels) üzrə Nəzarət
•Zavodumuzda istehsal olunan yüksək təzyiqli çənlərin və vessel-lərin ASME (Sec. VIII) kimi beynəlxalq standartlara qəti şəkildə uyğun hazırlanmasının təmin edilməsi.
Büdcə və Resursların Nəzarəti
•Çoxmilyonluq layihə büdcələrinin tərtibi, xərclərə nəzarət, maliyyə proqnozlaşdırılması və resursların səmərəli bölgüsü.
Təchizat, İstehsal və Podratçılar
•Avadanlıqların, xammalın (sertifikatlı polad plitalar, flanşlar və s.
) satınalınması, sex daxili istehsalat, keyfiyyətə nəzarət (QC) və subpodratçıların fəaliyyətinin koordinasiyasıKeyfiyyət və HSE (ƏM, Texniki Təhlükəsizlik və Ətraf Mühit): Neft-qaz sektorunun yüksək təhlükəsizlik standartlarına və sıfır bədbəxt hadisə siyasətinə qəti şəkildə riayət olunmasının təmin edilməsiÜçüncü Tərəf İnspeksiyaları (TPI) və Stakeholder-lər: Sifarişçilər, dövlət qurumları, daxili mühəndislik qrupları və beynəlxalq inspeksiya qurumları ilə effektiv əlaqələrin qurulmasıRisk İdarəetməsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Layihənin gedişatında yarana biləcək texniki, maliyyə və logistik risklərin əvvəlcədən qiymətləndirilməsi və aradan qaldırılması planlarının hazırlanması.