•TəsvirRəhbərliyin göstərişi ilə məktublar hazırlamaq
•Korrespondensiyanı qəbul etmək, qeydiyyatdan keçirmək və müvafiq bölmələrə göndərmək
•İcra olunmuş sənədləri ünvanlarına yola salmaq, alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparmaq, cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək
•Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında emalını, onların yerlərə çatdırılmasını təmin etmək, müntəzəm olaraq sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət etmək
•Sənədli materialların qəbulu, o cümlədən rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatının aparılması və müvafiq struktur bölmələrinə verilməsini təşkil etmək
•Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin etmək
•Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında iştirak etmək, onlara texniki xidməti təşkil etmək və qeydiyyatını aparmaq
•Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
•Müəssisədə arxiv işinin təşkili və aparılmasına rəhbərlik etmək
•Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etmək
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil etmək, müəyyən olunmuş hesabatı tərtib etmək.TələblərŞifahi və yazılı ünsiyyət bacarıqları
•Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslarını bilməlidir
•Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlərin tələblərini bilməlidir
•Kargüzarlığın vahid dövlət sisteminin əsaslarını bilməlidir
•Təşkilati göstəriş sənədlərinin vahid şəkilə salınmış sistem standartlarını bilməlidir.