İş şəraiti Ərazi: Bakı İş rejimi: Tam iş günü, həftədə 5 gün Müqavilə
•Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi Vəzifə öhdəlikləri Şirkətin illik büdcəsinin, dövri proqnozlarının və maliyyə planlarının hazırlanmasına rəhbərlik etmək
•Aylıq, rüblük və illik idarəetmə hesabatlarını vaxtında hazırlamaq, faktiki nəticələri büdcə və əvvəlki dövrlərlə müqayisə etmək
•Gəlir, xərc, marja və rentabellik göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış tövsiyələr təqdim etmək
•Pul axınını, likvidliyi və ödəniş təqvimini idarə etmək, qısamüddətli və uzunmüddətli cash-flow proqnozları hazırlamaq
•Debitor və kreditor borclarına, bank əməliyyatlarına və dövriyyə kapitalına nəzarət etmək
•Maliyyə modelləri, ssenari və həssaslıq təhlilləri hazırlamaqla biznes qərarlarını dəstəkləmək
•Mühasibat uçotu, vergi, yerli qanunvericilik və BMHS (IFRS) tələblərinə uyğunluğa nəzarət etmək
•Daxili nəzarət mexanizmlərini təkmilləşdirmək, maliyyə risklərini və qənaət imkanlarını müəyyən etmək
•Daxili və xarici audit proseslərini, banklar və digər maliyyə tərəfdaşları ilə işi koordinasiya etmək
•Maliyyə komandasının işini planlaşdırmaq, tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Namizədə tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•maliyyə planlaşdırılması və təhlili üzrə təcrübə üstünlükdür
•Büdcələmə, proqnozlaşdırma, cash-flow idarəetməsi və idarəetmə hesabatları üzrə praktiki bilik
•Maliyyə hesabatlarını təhlil etmək, kənarlaşmaları izah etmək və nəticələri rəhbərliyə aydın təqdim etmək bacarığı
•Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu prinsipləri və BMHS (IFRS) üzrə bilik
•MS Excel proqramında yüksək səviyyə 1C 8.3 və ya digər ERP sistemi ilə iş təcrübəsi
•Güclü analitik düşüncə, dəqiqlik, məsuliyyət, məxfilik və nəticəyönümlülük
•Komanda idarəetməsi, ünsiyyət, təqdimat və şöbələrarası koordinasiya bacarığı
•Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət
•rus və/və ya ingilis dili biliyi üstünlükdür
•ACCA, CIMA, CFA və ya digər peşəkar sertifikatların olması üstünlükdür. İş şərtləri Həftədə 5 iş günü
İş yeri
•Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
•Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi. Tələblərə cavab verən namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Maliyyə meneceri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.