•Maliyyə sahəsində yüksək peşəkarlığa malik namizədləri komandamıza qoşulmağa dəvət edirik. Maliyyə Meneceri şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması, nəzarəti və strateji inkişaf istiqamətlərinin idarə edilməsində mühüm rol oynayacaq.
Vəzifə öhdəlikləri
•Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması, tətbiqi və davamlı inkişafının təmin edilməsi
•Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və idarə edilməsi
•İllik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi
•Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi
•Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət
•Əsas maliyyə göstəricilərinin təhlil edilməsi
•Satınalma prosesləri, anbar qalıqları və ehtiyatların dövriyyəsinə maliyyə nəzarətinin həyata keçirilməsi
•Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya
•Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması
•Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi
•Maliyyə risklərinin qiymətləndirilməsi və risklərin azaldılması istiqamətində təkliflərin hazırlanması
•Daxili prosedur və maliyyə intizamına riayət olunmasına nəzarətin təmin edilməsi.
Tələblər
•İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil
•Maliyyə meneceri və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi (neft-qaz sahəsində təcrübəyə üstünlük verilir)
•Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, CIMA, CPA və s.
•Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər
•Analitik düşüncə və problemlərin həlli bacarığı
•Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
•Operativlik, çevik qərarvermə və vaxtın səmərəli idarə olunması bacarığı
•Rus dilini əla səviyyədə bilməsi (ingilis dili biliyi üstünlükdür).
İş şəraiti Əmək haqqı
•7000 AZN İş fəaliyyəti Azərbaycan və Gürcüstan ərazilərini əhatə edəcək
•Ezamiyyətlə bağlı daimi xərclər - nəqliyyat və yaşayış xərcləri şirkət tərəfindən qarşılanacaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .