•Tikintidə keyfiyyət standartlarına müstəqil şəkildə nəzarət edə biləcək, həmçinin texniki və QA/QC (Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət) tələblərinə uyğunluğu təmin edəcək, hündürmərtəbəli binaların tikintisi layihələrində təcrübəyə malik mühəndis axtarırıq.
Əsas Öhdəliklər
•Tikinti sahəsindəki işlərin keyfiyyətinə nəzarət (QC) fəaliyyətlərini idarə etmək
•Tikinti işlərinin təsdiq edilmiş mühəndislik çertyojlarına, spesifikasiyalara (texniki şərtlərə) və metodologiyalara uyğunluğu təmin etmək
•Texniki kənaşmaları və keyfiyyətlə bağlı riskləri müəyyən etmək
•Təftişlər (yoxlamalar) keçirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək
•Texniki rəylər və hesabat sənədləri hazırlamaq
•İcra olunan tikinti quraşdırma işlərinin yoxlanması və təhvil-təslim proseslərində iştirak etmək.
Tələblər
•Mühəndislik sahəsində ali təhsil (inşaat təhsili arzuolunandır)
•Hündürmərtəbəli binaların tikintisi layihələrində minimum 3–5 il iş təcrübəsi
•QA/QC prosedurları və tikinti standartları barədə biliklər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Yaşayış və ya kommersiya obyektlərinin tikintisi layihələrində təcrübə Sahədə tikintinin icrasına nəzarət etmək bacarığı Güclü texniki düşüncə tərzi, detallara qarşı diqqətlilik və müstəqil işləmək bacarığı.
Rus və ingilis dili biliyi arzuolunandır, lakin mütləq deyil (üstünlükdür) İş yeri
•Bakı Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini Mü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi