•Namizədin şəxsi keyfiyyətləri Fikrini izah etmək qabiliyyəti
•Ezamiyyə imkanları
•Ünsiyyət yaratmaq bacarığı
•İşə planlı yanaşması
•Fəal olması və komandada işləmək bacarığı.
Autocad və ofis proqramlarını bilmə bacarığı Keyfiyyətə nəzarət mühəndisinin vəzifə öhdəlikləri
•MEP (Elektrik, Mexaniki, HVAC, Su təchizatı və Kanalizasiya, Yanğından Mühafizə, Zəif Axın) sistemləri üzrə işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara, normativ tələblərə və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək. Sahədə görülən işlərin müntəzəm yoxlanışını həyata keçirmək və keyfiyyətə dair monitorinq aparmaq. Giriş materiallarının (Material Inspection Request – MIR), görülmüş işlərin (Work Inspection Request – WIR) və sınaqların (Request for Inspection – RFI) yoxlanılmasında iştirak etmək. Uyğunsuzluqları (NCR – Non-Conformance Report) aşkar etmək, qeydiyyata almaq, səbəblərini araşdırmaq və düzəldici, qabaqlayıcı tədbirlərin (CAPA) icrasına nəzarət etmək. Quraşdırılmış avadanlıq və sistemlərin texniki tələblərə uyğunluğunu yoxlamaq. Test və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək. Gizli işlərin, mərhələli qəbul və yekun qəbul yoxlamalarında iştirak etmək. Podratçı və subpodratçıların iş keyfiyyətinə nəzarət etmək. Keyfiyyətə dair gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. Keyfiyyət sənədlərinin, yoxlama aktlarının, test protokollarının və digər texniki sənədlərin düzgün aparılmasını təmin etmək. Layihə dəyişikliklərinin (Shop Drawing, As-Built Drawing) keyfiyyət baxımından yoxlanılmasında iştirak etmək. Layihə rəhbəri, texniki nəzarət, sifarişçi və digər maraqlı tərəflərlə koordinasiyalı işləmək. Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasını keyfiyyət baxımından dəstəkləmək. Layihənin təhvil-təslim mərhələsində keyfiyyət sənədlərinin hazırlanmasını və tamamlanmasını təmin etmək. Müvafiq milli və beynəlxalq standartların, norma və qaydalarının tələblərinə uyğunluğa nəzarət etmək.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
İş şəraiti: 5 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00 Nahar müəssisə tərəfindən təmin edilir Əmək haqqı
•Razılaşma yolu ilə Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini hr@estet.az elektron ünvanına Subject/Mövzu hissəsində “Keyfiyyətə nəzarət mühəndisi” qeyd etməklə göndərə bilər