•"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər
•Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
Yaş həddi
•21-30. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər. Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Ali təhsilli və İnsan resursları sahəsində karyera qurmaq istəyənlər. HR sahəsində ilk addımlarını atmaq istəyənlər. Aktiv və məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik
•A.
Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək Qanunvericiliyi
•Əmək müqavilələrinin hazırlanması və idarə olunması
•İşçi və işəgötürənin hüquq və vəzifələri
•İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi
•ƏMAS platformasında əməliyyatların aparılması
•Əmək qanunvericiliyinin praktiki tətbiqi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•İşçi motivasiyası və bağlılığının artırılması üsulları
•Mükafatlandırma və tanınma proqramları
•E.
Təlim, İnkişaf və Karyera İdarəetməsi
•Təlim ehtiyaclarının müəyyənləşdirilməsi
•Təlim və inkişaf proqramlarının hazırlanması. Karyera planlaşdırılması və inkişaf yolları
•İstedadların idarə olunması (Talent Management)
•İşçi saxlama və davamlı inkişaf strategiyaları.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq
•Peşə Hazırlığı proqramı tam ödənişsizdir. Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək. Peşə Hazırlığı proqramı 2 ay davam edəcək. Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq. 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq. Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir. Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur. Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma. Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan
•Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A .
Veb sayt
•www.visionacademy.
az Əlaqə nömrəsi: 010 7253232 Sosial Media Hesablar: https