•Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər
•Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
Yaş həddi
•21-30. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər. Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər. Ali təhsilli şəxslər və karyerasını mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər. Aktiv və məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik
•A.
Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi
•Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti
•İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi Hesabatların hazırlanması və yoxlanılması. Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları). Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi
•B.
Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə
•Gəlir və xərc əməliyyatlarının qeydiyyatı
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu
•Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması
•Vergi sənədlərinin hazırlanması və təqdimatı
•Mühasibat proqramlarında (1C və digər ERP sistemləri) əməliyyatların icrası
•C.
Vergi Uçotu və Hesabatlılıq
•Vergi qanunvericiliyinin əsasları
•Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
•ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar
•Elektron vergi xidmətləri ilə işləmə qaydaları D. Maliyyə Hesabatları və Analitik Bacarıqlar^ Maliyyə hesabatlarının hazırlanması prinsipləri
•Mənfəət və zərər hesabatının tərtibi
•Balans hesabatının hazırlanması və təhlili
3) Bu Proqram Sizə Nələri Qazandıracaq
•Peşə Hazırlığı proqramı tam ödənişsizdir. Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək. Peşə Hazırlığı proqramı 3 ay davam edəcək. Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq. 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq. Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir. Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək. İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması. Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur. Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan
•Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A .
Veb sayt
•www.visionacademy.
az Əlaqə nömrəsi: 010 7253232 Sosial Media Hesablar: https