•TəsvirMövcud mağaza formatlarının müştəri ehtiyacları, davranışları və kommersiya məqsədləri nəzərə alınmaqla təkmilləşdirilməsi və inkişaf etdirilməsi
•Mağaza interyerinin, sərgiləmə zonalarının və stend dizaynlarının müştəriyönümlü yanaşma əsasında formalaşdırılması, brend standartlarına uyğunluğunun və vizual cəlbediciliyinin təmin edilməsi
•Müştəri hərəkət trayektoriyası, məhsulla təmas nöqtələri, görünürlük və alış qərarına təsir edən amillər əsasında mağazadaxili sərgiləmə və kommunikasiya həllərinin hazırlanması
•Mağaza daxilində yeni reklam və kommunikasiya modellərinin potensial yerlərinin müəyyənləşdirilməsi, konseptinin hazırlanması və tətbiqinin idarə edilməsi
•İnteryer dizayn və merçendayzinq komandaları ilə koordinasiyalı şəkildə mağazaların reformatı, interyer konsepsiyasının inkişafı və məhsulların kateqoriya, görünürlük prinsiplərinə uyğun yerləşdirilməsinin təmin edilməsi
•Yeni açılan mağazalar üçün interyer, stend dizaynı, məhsul sərgilənməsi, müştəri axını və kommunikasiya zonaları üzrə konseptual həllərin hazırlanması və tətbiqinin koordinasiyası
•Yeni konsepsiya və innovativ həllərin araşdırılması, pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv həllərin digər mağazalarda tətbiqi
•Mağaza mühitinin müştəri təcrübəsinə və satış effektivliyinə təsirinin təhlili, nəticələr əsasında optimizasiya tədbirlərinin görülməsi.TələblərAli təhsil (Dizayn, Memarlıq, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə)
•Retail/FMCG sektorunda minimum 3 il iş təcrübəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.