•TəsvirLayihənin büdcəsinin və vaxt çərçivəsinin hazırlamanması və icra olunmasına nəzarət edilməsi
•Auditoriyanın təyin edilməsi və kommunikasiya strategiyasının qurulması
•Qrafik dizayn, motion dizayn, copywriting, PR, rəqəmsal marketinq, sosial media və outdoor reklam kimi müxtəlif komandalar arasında işlərin koordinasiyasının təmin edilməsi
•Müxtəlif kommunikasiya kanallarının düzgün və koordinasiyalı şəkildə işləməsinə nəzarət edilməsi
•Layihə ərzində meydana gələn dəyişikliklərə çevik reaksiya verərək layihənin tənzimlənməsi
•Ümumi kommunikasiya üzrə büdcənin tərəfdaşlarla bölüşdürülməsi
•Mövsümi və məhsul yönümlü kampaniyaların təklifi və icrası
•Bazar trendlərinin və istehlakçı davranışlarının araşdırılması
•Lokal və beynəlxalq bazardakı meyllərin izlənilməsi və uyğun strategiyaların formalaşdırılması. TələblərAli təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
•Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi
•Azərbaycan dilində səlis, ingilis və/və ya rus dillərindən ən azı birində yaxşı səviyyədə ünsiyyət bacarığı
•Microsoft Excel (və ya Google Sheets), Outlook proqramlarında sərbəst işləmə bacarığı
•Marketinq strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və təcrübə
•Analitik düşünmə, bazar araşdırmalarının aparılması və əldə olunan məlumatların təhlil edilməsi bacarığı
•Güclü planlaşdırma, təşkilatçılıq və eyni vaxtda bir neçə layihəni effektiv idarəetmə bacarığı
•Yaradıcı düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı
•Güclü kommunikasiya, təqdimat, komanda ilə əməkdaşlıq və koordinasiya bacarıqları. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!