•əvvəldən sonuna qədər müştərilərlə iş mərhələlərinin hazırlanması, müxtəlif kanallar (filial, onlayn, mobil, sosial media, mağazadaxili və s.) vasitəsilə əsas əlaqə nöqtələrinin və qarşılıqlı əlaqələrin müəyyən edilməsi üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək
Məlumatların təhlili
•müştərilərin davranışı, üstünlükləri və zəif nöqtələr haqqında fikirlər toplamaq üçün müştəri məlumatlarından və analitik vasitələrdən istifadə etmək
Zəif nöqtələri müəyyən etmək
•məlumatlardan, müştəri rəylərindən və ən məqbul sənaye təcrübələrindən istifadə edərək zəif nöqtələri və təkmilləşdirmə sahələrini müəyyən etmək
Müxtəlif profilli komandalarla əməkdaşlıq
•müştərilərin məmnuniyyət dərəcəsinin təmin edilməsi ilə bağlı təşəbbüsləri həyata keçirmək üçün marketinq, məhsulları inkişaf etdirmək, satış və məlumat qrupu daxil olmaqla, müxtəlif profilli komandalarla sıx əməkdaşlıq etmək
Davamlı təkmilləşdirmə
•əsas fəaliyyət göstəricilərinə nəzarət və davamlı təkmilləşdirmə imkanlarını müəyyən etmək.
TələblərTəhsil
•Kommunikasiya, Biznesin İdarə Edilməsi, Dizayn və ya digər sahələrdə bakalavr təhsili
İş təcrübəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Müştəri araşdırılması, Biznes proseslərin qurulması və rəqəmsal məhsulların dizaynı ilə bağlı vəzifələr üzrə 1-2 illik təcrübə
Texniki səriştələr
•Məhsul (rəqəmsal və ya rəqəmsal olmayan) və xidmətlərin uğurla tətbiqi və optimallaşdırılması sahəsində təcrübə
•Müştəri araşdırılması texnologiyaları və əlaqəli alətlər üzrə bacarıq
•Mürəkkəb məhsul flowların və konsepsiyalarını müxtəlif maraqlı tərəflərə çatdırmaq bacarığı
Yumşaq səriştələr
•Güclü ünsiyyət və danışıqlar bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı. Güclü idarəçilik və komanda işi bacarığı
Dil biliklər
•Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
Kompüter bilikləri
•Figma/ FigJam, Excel, Notion və MS Office proqramları. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.