•Bakı/Azərbaycan (İş yeri Bakı şəhəri olmaqla, fəaliyyət sahəsinin tələblərinə uyğun olaraq regionlardakı tikinti obyektlərinə ezamiyyətlərin təşkili və təminatı mövcud qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilir.
) İş saatı: Həftədə 5 gün 40 saat olmaqla İşə başlama tarixi: Təcili Əmək haqqı
•Müsahibənin nəticəsinə əsasən namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcəkdir. Vəzifə öhdəlikləri Tikinti norma və qaydalarının tələblərinə və müqavilə şərtlərinə uyğun olaraq tikintilərə nəzarət funksiyalarını yerinə yetirmək
•Müqavilələrin öhdəliklərinə uyğun olaraq qiymətləndirmə meyarlarının təhlili, müvafiq qaydada razılaşdırılması, icra olunmuş işlərin dəyərinin təsdiq edilməsi məqsədi ilə müvafiq yoxlamaların aparılması, qüsurların müəyyən edilməsi, aradan qaldırılması üçün tədbirlərin görülməsi və forma 2 aktlarının qəbulunu həyata keçirmək
•Layihələr üzrə tələb olunan mal-materialların və avadanlıqların keyfiyyətinə nəzarət etmək
•Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq etmək və prosesi təqib etmək
•Tikinti obyektləri ilə bağlı statistik məlumatlar toplamaq və birbaşa rəhbərinə məruzə etmək
•Obyektlər üzrə aşkarlanmış problemlərin həlli istiqamətində rəhbərlik tərəfindən müvafiq problemlərlə bağlı tikintinin icrasının təminatı barədə verdiyi qərarların icrasını təmin etmək
•Təsdiq olunmuş tikinti qrafikinə uyğun olaraq tikinti-quraşdırma işlərinin icrasına nəzarəti həyata keçirmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Texniki nəzarət üzrə mühəndisi | Dövlət qurumu, Publik Hüquqi Şəxs - Jobera
•SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə qanunvericilik tələblərinə əsasən layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına nəzarət etmək
•Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərinə təqdim etmək. Tələblər İnşaat mühəndisliyi, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müvafiq ixtisasları üzrə ali təhsil
•Texniki nəzarət üzrə minimum 3 il iş təcrübəsi
•Tikinti sahəsində bilavasitə fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Bacarıq və səriştələr Ünsiyyət və təşkilati bacarıq
•İşgüzar danışıqlar aparmaq bacarığı
•Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı
•Azərbaycan dilində səlis yazmaq və danışmaq
•Təqdimat, idarəetmə, komanda şəklində işləmək
•Qarşıya çıxan problemləri həll etmək, yüksək dəqiqlik və baş verə biləcək potensial dəyişiklikləri müəyyən etmək bacarıqlar
•Autocad, Ms. Office programları, Excell əla səviyyədə.
Biz nə təklif edirik
•Strateji əhəmiyyətli tikinti və infrastruktur layihələrində iştirak imkanı
•Peşəkar və dinamik iş mühiti
•Təcrübəli komanda ilə işləmək və biliklərinizi inkişaf etdirmək imkanı
•Əmək bazarına uyğun rəqabətli əməkhaqqı. Zəhmət olmasa CV-lərinizi cvreserve17@gmail.com elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə aidiyyəti üzrə iş yerinə dair məlumatı “Texniki nəzarət üzrə mühəndis” qeyd etməyi unutmayın.