•Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Baristalıq üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər
•Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
Yaş həddi
•21-35. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər. Orta və ya ali təhsilli şəxslər Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Barista peşəsinə marağı olan şəxslər. Restoran və qəhvə konseptli məkanlarda çalışmaq istəyən şəxslər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik
•A.
Barista Peşəsinin Əsasları
•Müxtəlif qəhvə növlərinin hazırlanma üsulları. Qəhvə avadanlıqları (espresso maşını, dəyirman, press və s.) ilə işləmə qaydaları. İş yerində gigiyena və təhlükəsizlik qaydaları. B.
Qəhvə Hazırlama Bacarıqları
•Espresso, americano, cappuccino, latte və digər içkilərin hazırlanması. Latte art üzrə əsas texnikalar. Soyuq və isti qəhvə içkilərin hazırlanması. C.
Müştəri Xidməti və Komanda ilə İşləmə
•Müştəri ilə peşəkar ünsiyyət bacarığı. Sifarişlərin düzgün qəbulu və hazırlanması. Komanda ilə birlikdə işləmə qaydalarının öyrədilməsi.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Peşə Hazırlığı proqramı tam ödənişsizdir. Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək. Peşə Hazırlığı proqramı 1.5 ay davam edəcək Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 120 saat olacaq. 1.5 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq. Peşəkar Mentorlar – Təcrübəli baristalardan birbaşa öyrənmə imkanı. Praktiki Təlim – Real şəraitdə müxtəlif qəhvə növlərinin hazırlığı üzrə təlimlər. Sertifikat – Proqramı uğurla başa vuranlara təqdim olunur. Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: https