•Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Aşpazlıq üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər
•Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
Yaş həddi
•18 - 35. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər. Orta və ya ali təhsilli şəxslər Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Aşpazlıq sahəsinə marağı olanlar, yeni başlayanlar. Kulinariya bacarıqlarını inkişaf etdirmək istəyənlər. Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik
•A.
Aşpazlığın Əsasları
•Peşəyə giriş və mətbəx etikası. İş mühitində gigiyena və təhlükəsizlik qaydaları. Mətbəx avadanlıqları və onların istifadəsi. Ərzaqların düzgün saxlanılması və istifadəyə hazırlanması. B.
Bişirmə Texnikaları və Menyu Hazırlığı
•Milli və beynəlxalq mətbəxlər üzrə əsas yemək növləri. Qızartma, buğlama, sobada bişirmə, qaynatma və digər üsullar. Səhər yeməkləri, salatlar, isti yeməklər, qəlyanaltılar və desertlər. Mətbəx içi əmək bölgüsü və səmərəli işin təşkili. C.
Praktiki Məşğələlər və Yaradıcı Təcrübə
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Real mətbəx şəraitində praktiki bişirmə. Menyu tərtibatı və yeməklərin təqdimatı. Tədarük planlaması və ərzaq israfının qarşısının alınması. Komanda ilə işləmə bacarığı.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq
•Peşə Hazırlığı proqramı tam ödənişsizdir. Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək. Peşə Hazırlığı proqramı 3 ay davam edəcək. Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq. 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq. Real Təcrübə – Peşəkar aşpazların rəhbərliyi altında mətbəxdə praktika. Yaradıcılıq İmkanı – Fərqli reseptlərin sınaqdan keçirilməsi və yeni yeməklərin hazırlanması. Mentor Dəstəyi – Təcrübəli aşpazlar tərəfindən təlim və yönləndirmə. Rəsmi Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur. Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: https