•Sifarişlə avtomobil idxalı və satışı sahəsində fəaliyyət göstərən Carlink şirkətimizə Call Center Operatoru axtarılır.Əsas vəzifə şirkətə daxil olan telefon zənglərini cavablandırmaq, müştərilərin avtomobil tələblərini və büdcəsini öyrənmək, uyğun avtomobillər barədə ilkin məlumat vermək və müraciətləri satış prosesinə yönləndirməkdir.
Öhdəliklər
•Şirkətə daxil olan zəngləri operativ və nəzakətli şəkildə cavablandırmaq
•Müştərinin büdcəsini, avtomobilə olan tələblərini və seçimlərini öyrənmək
•Uyğun avtomobil modelləri və komplektasiyaları barədə müştəriyə məlumat vermək
•Sifarişlə avtomobil idxalı prosesi, qiymətlər və təhvil müddətləri haqqında məlumatlandırmaq
•Müştərilərin suallarını cavablandırmaq və onları düzgün istiqamətləndirmək
•Müştərilərin etiraz və suallarını düzgün idarə etmək
•Daxil olan müraciətləri qeydiyyata almaq və satış bazasına əlavə etmək
•Potensial müştəriləri satış üzrə məsul əməkdaşa yönləndirmək
•Zəruri hallarda müştəri ilə yenidən əlaqə saxlamaq
•Gündəlik zəng və müraciət nəticələri barədə hesabat təqdim etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Şirkətin təqdim etdiyi avtomobil modelləri və onların texniki xüsusiyyətləri barədə məlumatları daim yeniləmək.
Tələblər
•Kompüter və əsas ofis proqramlarından istifadə bacarığı (Excel biliyi vacibdir)
•Call center, müştəri xidməti və ya satış sahəsində iş təcrübəsi arzuolunandır
•Telefonla müştərilərlə düzgün, səlis və inamlı ünsiyyət qurmaq bacarığı
•Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
•Rus dili biliyi vacibdir
•Müştəriyönümlü və səbirli olmaq
•Düzgün sual vermək və müştərinin ehtiyacını müəyyənləşdirmək bacarığı
•Aktiv dinləmə və ünsiyyət bacarığı
•Məsuliyyətli, intizamlı və diqqətli olmaq
•Avtomobillərə marağın olması üstünlükdür.
Şərtlər:Əmək haqqı
•maaş + bonus sistemi
•Müştəri müraciətləri və satış üçün lazımi məlumatlar şirkət tərəfindən təqdim olunur
•Avtomobillər və onların texniki xüsusiyyətləri barədə təlim verilir
•İş prosesinə uyğun olaraq hazır danışıq ssenariləri və müştəri məlumatları təqdim olunur
•Karyera və gəlir artımı imkanı
•Peşəkar və dinamik iş mühiti.
Kimləri axtarırıq
•Telefonla ünsiyyəti sevən, insanlarla rahat danışa bilən, müştərinin ehtiyacını düzgün anlayan və onu düzgün istiqamətləndirə bilən namizədləri komandamıza dəvət edirik.Avtomobil satışı və ya call center üzrə təcrübəsi olmayan, lakin ünsiyyət bacarığı və öyrənmək istəyi olan namizədlər də müraciət edə bilərlər.Carlink — Rəsmi İdxalçı / Etibarlı Yolun Başlanğıcı