•Altınoğulları LLC Mühasibatlıq departamentinə Mühasib vakansiyası elan edir.Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət edir.Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.Uçot sənədlərinin yoxlanılmasını, bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi, müəssisəyə məxsus mal-materialların uçotunu aparmaq və faktiki maya dəyərini hesablamaq
•Mühasibat uçotu və daxili prosedurlara uyğun hesabatların hazırlanması
Tələblər
•Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili
•Bu sahədə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübəyə üstünlük verilir)
•1C (İstehsalatın idarə edilməsi) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı
•Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
Təkliflər:Əmək haqqı 1000–1500 AZN netİş vaxtı 9:00–18:00, şənbə günü qısa işMüraciət üçün
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.