📍VMF İş şəraitiDepartament: Onlayn Satışİş qrafiki: Həftədə 6 iş günü (Bazar günü iş günü hesab olunur, həftə ərzində 1 gün istirahət verilir)Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilirVəzifə öhdəlikləri
•Onlayn sifarişlərin müştərilərə vaxtında və keyfiyyətli şəkildə çatdırılmasını təmin etmək
•Məhsulların təhlükəsiz və zədələnmədən təyinat nöqtəsinə çatdırılmasına nəzarət etmək
•Çatdırılma prosesində şirkətin xidmət standartlarına riayət etmək
•Yol hərəkəti qaydalarına tam uyğun şəkildə nəqliyyat vasitəsini idarə etmək
•Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq.
Tələblər
•Şəxsi mopedin olması mütləqdir
•A və ya A1 kateqoriyalı sürücülük vəsiqəsi
•Kuryer və ya çatdırılma sahəsində minimum 1 il iş təcrübəsi
•Bakı şəhərinin küçə və ünvanlarını yaxşı tanımaq
•Naviqasiya proqramlarından sərbəst istifadə bacarığı
•Məsuliyyətli, operativ, punktual və intizamlı olmaq.
Şirkət tərəfindən təklif olunur
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Azərbaycanın tanınmış şirkətlərindən birində çalışma imkanı
•Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
•Stabil və vaxtında ödənilən əməkhaqqı
•Peşəkar və dinamik komandada fəaliyyət göstərmək imkanı.Uyğun Namizədlər öz cvlərini “Moto kuryer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.