•Sham-fi.az Şirkətimizin keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyətinin təmin edilməsi məqsədilə komandamıza Keyfiyyətə Nəzarət mütəxəssisi axtarırıq.
Vəzifənin əsas məqsədi
•Məhsul və istehsal proseslərinin müəyyən edilmiş keyfiyyət, qida təhlükəsizliyi, sanitariya-gigiyena və normativ tələblərə uyğunluğuna nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
•İstehsal və əməliyyat proseslərinin keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması
•Xammal, materiallar, hazır məhsul və istehsal mərhələlərinə keyfiyyət nəzarətinin həyata keçirilməsi
•Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət
•HACCP prinsiplərinin tətbiqinə nəzarət və kritik nəzarət nöqtələrinin monitorinqi
•ISO 22000 standartının tələblərinin gündəlik iş proseslərində tətbiqinin təmin edilməsi
•İstehsalat sahələrində gigiyenik vəziyyətin, təmizlik və dezinfeksiya proseslərinin yoxlanılması
•Pest Control — zərərvericilərə qarşı mübarizə tədbirlərinin, monitorinqinin və müvafiq qeydlərin nəzarətdə saxlanılması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.