•Türkiyə-Azərbaycan Universitetində (TAU) katib-referent vəzifəsinə vakansiya elan edilir.
Tələblər
•Humanitar, filologiya və ya idarəetmə sahələri üzrə ali təhsil (Türkiyə universitetlərinin məzunlarına üstünlük verilir)Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi (Təhsil müəssisələrində təcrübə arzuolunandır)
•Azərbaycan və Türk dillərində mükəmməl, İngilis dilində yaxşı (minimum B2) səviyyədə yazı və danışıq bacarığı
•MS Office (Word, Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı
•Yüksək ünsiyyət, nitq mədəniyyəti, operativlik və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı.
Öhdəliklər
•Tədris işləri üzrə prorektorun iş qrafikinin (görüşlər, iclaslar, zənglər) planlaşdırılması və idarə edilməsi
•Tədris departamenti ilə digər struktur bölmələri arasında operativ sənəd dövriyyəsinin təşkili
•Daxil olan sənədlərin, məktubların və müraciətlərin qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi
•Rəsmi işgüzar məktublaşmaların (Azərbaycan, Türk və İngilis dillərində) aparılması
•İclas protokollarının tərtib edilməsi və qərarların icrasına nəzarət
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Qonaqların qarşılanması və qəbulunun təşkil edilməsi.
📩 Müraciət qaydası
•Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.