•Şirkət haqqında· Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.
Əmək funksiyaları
•· Xarici bazarların sistemli və davamlı şəkildə araşdırılmasını həyata keçirmək, yeni və potensial təchizatçıları müəyyən etmək və onların kommersiya imkanlarını qiymətləndirmək.· Qida Təhlükəsizliyi agentliyində sənədlərin qeydiyyatının aparılması.· Potensial və mövcud təchizatçılarla rəsmi danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq və şirkətin maraqlarını təmin etmək.· Təchizatçılardan qiymət təkliflərini toplamaq, onların müqayisəli təhlilini aparmaq və əsaslandırılmış seçim üzrə rəhbərliyə təqdimatlar hazırlamaq.· Təchizat müqavilələrinin hazırlanması, razılaşdırılması və bağlanması prosesində iştirak etmək, müqavilə şərtlərinə riayət olunmasına nəzarət etmək.· Sifarişlərin vaxtında yerləşdirilməsini təmin etmək və icra prosesinə sistemli nəzarət həyata keçirmək.· İdxal prosesinin bütün mərhələlərini (logistika, daşınma, sığorta, gömrük sənədləşməsi və digər əlaqəli prosedurlar) koordinasiya etmək və prosesin qanunvericiliyə uyğun icrasını təmin etmək.· Təchizat müddətlərinə və təsdiq edilmiş çatdırılma qrafiklərinə riayət olunmasına nəzarət etmək, mümkün gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək.· Ödəniş əməliyyatlarını maliyyə şöbəsi ilə əlaqələndirmək, müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtında icrasını təmin etmək.· Alternativ təchizat kanallarını araşdırmaq, potensial riskləri təhlil etmək və risklərin minimallaşdırılması istiqamətində təkliflər hazırlamaq.· Aylıq və rüblük satınalma və idxal fəaliyyətinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.· Bazar qiymətlərinin dinamikasını mütəmadi izləmək, analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər vermək.
Tələblər:· Ali təsil· Azərbaycan və rus və ingilis dillərində səlis danışıq və yazı bacarığı · Ünsiyyət və problem həll etmə bacarığı· Komandada işləmək bacarığı· Ofis proqramları ilə işləmə bacarığı· İş şəraiti
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
· Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə· Karyera inkişaf imkanı· Mehriban və peşəkar komanda· Əmək haqqı 1500 AZN Maraqlanan namizədlər CV-lərini careers@balique.az ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır.