•Rol haqqında“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İcraçı Ofisə Mütəxəssis axtarırıq!Vəzifə funksiyasıNamizəd daxil olan məlumatların təhlili və ümumiləşdirilməsi, rəhbərlik üçün qısa və düzgün formatda sənəd və təqdimatların hazırlanması, struktur bölmələrlə koordinasiyanın təmin edilməsi və tapşırıqların nəticəyədək sistemli şəkildə izlənilməsi istiqamətində fəaliyyət göstərəcək.
Metropoliten sizə nə təklif edir
•Sabit və etibarlı iş mühiti
•Peşəkar komandada inkişaf və karyera imkanları
•Əmək bazarına uyğun rəqabətli əmək haqqı
•Metropolitendən ödənişsiz istifadə imkanı
•Güzəştli nahar təminatı
•“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı
•Psixoloji dəstək xidməti.
ÖhdəliklərSizi hansı öhdəliklər gözləyir
•Azərbaycan dilində səlis, dəqiq və rəsmi üslubda arayış, xidməti məktub, iclas qeydi, rəhbərlik üçün qısa məruzə və digər idarəetmə sənədlərinin hazırlanması
•Böyük həcmli məlumatlardan əsas məqamların seçilməsi və rəhbərlik üçün 1 səhifə və ya daha az həcmdə qısa və konkret sənədlərin hazırlanması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Məlumatların təhlili, problem – səbəb – təklif əlaqəsinin müəyyən edilməsi, faktlar və rəqəmlər arasındakı uyğunsuzluqların aşkarlanması və əsaslandırılmış nəticələrin çıxarılması
•Daxil olan məlumatlardan əsas mesajın, qərar tələb edən məsələlərin, risklərin və növbəti addımların ayrılması və rəhbərliyin qısa müddətdə məsələnin mahiyyətini anlamasına imkan verən formada təqdim edilməsi
•Zərurət yarandıqda mövzunun ətraflı şərh edilməsi və sualların cavablandırılması
•Rəhbərlik səviyyəsinə uyğun təqdimatların hazırlanması, məlumatların düzgün strukturlaşdırılması, əsas mesaj və rəqəmlərin vizual şəkildə önə çıxarılması
•Müxtəlif mənbələrdən daxil olan materialların vahid məzmun və üsluba gətirilməsi
•Tapşırıqların qeydə alınması, məsul şəxslərin, icra müddətlərinin və statusların nəzarətdə saxlanılması
•Gecikmə risklərinin vaxtında müəyyən edilməsi və tapşırıqların faktiki nəticə əldə edilənədək izlənilməsi
•Paralel tapşırıqların düzgün prioritetləşdirilməsi
•Struktur bölmələrlə effektiv kommunikasiyanın qurulması, tələb olunan məlumatların operativ toplanması və bir neçə tərəfi əhatə edən məsələlər üzrə koordinasiyanın təmin edilməsi.
TələblərNamizədlərdən tələblərimiz
•Müvafiq sahə üzrə ali təhsil
•Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
•Güclü yazılı nitq və sənədlərlə işləmək bacarığı
•Məlumatı ümumiləşdirmək və qısaltmaq bacarığı
•Analitik düşüncə bacarığı
•Rəhbərlik üçün məlumat hazırlamaq bacarığı
•Təqdimatlarla işləmək bacarığı
•Tapşırıqların sistemli izlənilməsi və icraya nəzarət bacarığı
•Ünsiyyət və koordinasiya bacarığı
•Yüksək iş yükü, dəyişən prioritetlər və qısa müddətlər şəraitində çevik işləmək, təcili tapşırıqlarda sürəti artırarkən işin keyfiyyətini qorumaq bacarığı
•Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi
•İngilis və rus dillərini bilməsi üstünlükdür
•Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də yaxşı səviyyədə işləmək bacarığı
•Jira və digər tapşırıq və layihə idarəetmə sistemləri ilə işləmək bacarığı və ya onları sürətlə mənimsəməyə açıq olması
•Yüksək işgüzar etika, məxfilik mədəniyyəti və etibarlılıq
•Məsuliyyətlilik, detallara diqqət, sistemlilik, təşəbbüskarlıq, çeviklik və yaradıcı düşüncə
•Komanda ilə işləmək bacarığı
•Yeni mövzuları və müxtəlif fəaliyyət istiqamətlərini sürətlə mənimsəmək bacarığı.