•Əsas vəzifə və öhdəliklərSaxlama çənlərinin montajı və qaldırılması işlərinin hidravlik qaldırma (domkrat) sistemi vasitəsilə təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək
•Hidravlik qaldırma və ona aid avadanlıqların gündəlik, həftəlik və aylıq yoxlanılmasını həyata keçirmək
•Avadanlıqların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək
•Qaldırma əməliyyatlarını təşkil etmək və əməliyyat zamanı işlərin təsdiq edilmiş qaldırma planına uyğun aparılmasına nəzarət etmək
•Qaldırma prosesi zamanı hidravlik təzyiqi, yükü və sistemin dayanıqlığını davamlı şəkildə izləmək
•Hidravlik qaldırma sisteminin düzgün quraşdırılmasına, istismarına və texniki parametrlərinin tələblərə uyğun saxlanılmasına nəzarət etmək
•Saxlama çənlərinin qaldırılması zamanı sistemin təhlükəsiz və sabit vəziyyətdə saxlanılmasını təmin etmək
•Mexaniki, montaj və SƏTƏM komandaları ilə koordinasiyalı şəkildə işləmək
•Qaldırma və montaj işləri zamanı yaranan texniki problemləri operativ müəyyənləşdirmək və həllinə dəstək olmaq
•İşlərin layihə sənədlərinə, texniki prosedurlara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Avadanlığın yoxlanılması və görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq
•İş zamanı təzyiq altında çalışan sistemlərin təhlükəsizliyinə və dayanıqlığına nəzarət etmək
•Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.Namizədə tələblərTexniki, mexaniki və ya mühəndislik istiqaməti üzrə təhsil
•Çənlərin montajı və qaldırılması işləri üzrə müvafiq iş təcrübəsi
•Hidravlik domkrat sistemləri ilə qaldırma əməliyyatları üzrə praktiki təcrübə
•Ağır yüklərin qaldırılması və montajı üzrə iş təcrübəsi
•Hidravlik sistemlər və təzyiq altında işləyən qaldırma avadanlıqları üzrə bilik
•Qaldırma planları, texniki prosedurlar və iş sənədləri ilə işləmək bacarığı
•SƏTƏM qaydaları və təhlükəsiz qaldırma əməliyyatları üzrə bilik
•İşçi heyətinin idarə edilməsi və işlərin koordinasiyası bacarığı
•Operativ qərarvermə və problem həll etmə bacarığı
•Neft-qaz, neft emalı, EPC, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsi üstünlükdür.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.