•📍Growth Direktor assistentiKomandamıza dəyər qatan, məsuliyyətli və peşəkar Direktor assistenti axtarırıq. Əgər siz dəqiq, ünsiyyətcil və işinizə qarşı həvəslisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas vəzifə öhdəlikləri
•Birbaşa direktorun verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.Direktorun görüş cədvəlinin tərtib edilməsi, vaxtların tənzimlənməsi və xatırlatmaların edilməsi.Görüşlərdə və daxili iclaslarda iştirak etmək, müzakirə olunan əsas məqamları qeydiyyata almaq (protokol hazırlamaq).Daxil olan və çıxan zənglərin, e-poçtların cavablandırılması, korporativ yazışmaların həyata keçirilməsi və sənədlərin arxivləşdirilməsi.Şirkətə gələn qonaqların qarşılanması və yola salınması.Korporativ satış və müştəri yönümlü xidmət.
Namizədə tələblər
•Gülərüz, operativ, müştəriyönümlü və yüksək təqdimat bacarığına malik olmaq.İşə qarşı həddən artıq məsuliyyətli, diqqətli və konfidensiallığa riayət edən.Komanda ilə uyğunlaşmaq bacarığı, pozitiv enerji və işgüzar yanaşma.Ali təhsil üstünlükdür.Marketinq, satış və ya biznesin idarə edilməsi sahəsində ilkin biliklər və ya iş təcrübəsi olanlara üstünlük veriləcək.
İstirahət günləri
•Şənbə və bazar.📩 Mövzu hissəsinə “Direktor assistenti” yazıb hr@growth.az ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.