📍Groupone “Groupone” MMC şirkəti “Baş mühasib” vəzifəsinə vakansiya elan edir:Vəzifə öhdəlikləri
•Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması
•Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması
•Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi
•Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi
•Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi
•Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi
•Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi
•Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili
•Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması
•Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.