•TəsvirSahə təlimatlarına uyğun olaraq alçıpan və gipskarton işlərini yerinə yetirmək.Metal karkasların, gipskarton lövhələrin, arakəsmələrin, asma tavanların, bulkhead konstruksiyalarının, şaxtaların, divar üzlüklərinin və digər quru tikinti (drywall) sistemlərinin quraşdırılmasını həyata keçirmək.Gipskarton konstruksiyalarının düzgün ölçüləndirilməsini, nişanlanmasını, oxlara uyğunluğunu, səviyyəsini, ölçülərini və son işlənməsini təmin etmək.Gipskarton səthlərinin son örtüklərə hazırlanması üçün kəsmə, bərkitmə, birləşdirmə, lentləmə, şpaklyovka və suvaq işlərini yerinə yetirmək.Tələb olunduqda, gipskarton sistemlərinə daxil olan istilik və səs izolyasiyasının, akustik materialların, buxar baryerlərinin və digər komponentlərin düzgün quraşdırılmasını təmin etmək.İşlərin fasiləsiz və düzgün icrasını təmin etmək məqsədilə gündəlik fəaliyyətləri Daxili Tamamlama İşləri üzrə Supervayzer, Mühəndis və digər əməkdaşlar ilə koordinasiya etmək.İşə başlamazdan əvvəl materialları və alətləri yoxlamaq, onların düzgün və səmərəli istifadəsini təmin etmək.İş zamanı yaranan qüsurları, ölçü uyğunsuzluqlarını və ya texniki problemləri müəyyən etmək və məsul rəhbərə məlumat vermək.Keyfiyyət tələblərinə və rəhbərin göstərişlərinə uyğun olaraq qüsurları aradan qaldırmaq və snagging işlərini tamamlamaq.İş sahələrini təmiz və səliqəli saxlamaq, material və alətlərin düzgün şəkildə daşınmasını, istifadəsini və saxlanmasını təmin etmək.Bütün HSE (Əməyin Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit) tələblərinə, təhlükəsiz iş qaydalarına və şirkət/sahə qaydalarına riayət etmək.
TələblərXüsusi ixtisaslaşma sahələri
•Gipskarton və alçıpan sistemlərinin quraşdırılması, metal karkasların hazırlanması və quraşdırılması, asma tavanlar, arakəsmələr, divar üzlükləri, birləşdirmə və şpaklyovka işləri, səthlərin son işlənməsi və daxili tamamlama işləri.
İş təcrübəsi
•Gipskarton, alçıpan və daxili tamamlama işləri üzrə minimum 2 il praktiki iş təcrübəsi.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.