İş şəraiti İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam ştat Sahə
•Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik (HSE) Vəzifə haqqında Böyük və dinamik pərakəndə satış şəbəkəsində HSE Manager vəzifəsinə peşəkar namizəd axtarılır. Namizəd şirkətin əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarının tətbiqinə və inkişafına, risklərin idarə edilməsinə və təhlükəsiz iş mühitinin təmin olunmasına cavabdeh olacaq. Pərakəndə satış, mağazalar şəbəkəsi, logistika və ya geniş əməliyyat strukturlarında HSE sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Əsas vəzifələr Şirkətin baş ofisi, mağazaları, anbarları, servis və digər əməliyyat obyektlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək
•Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik üzrə zəruri sənədlərin hazırlanmasını, yenilənməsini və aidiyyəti dövlət qurumlarına təqdim edilməsini təşkil etmək
Fövqəladə Hallar Nazirliyinə təqdim edilməli sənədlərin hazırlanmasına və aktuallığının təmin edilməsinə nəzarət etmək
•icarə müqavilələri, yanğına görə məsul şəxslərin təyin edilməsi, yanğın siqnalizasiya aktları, elektrik izolyasiya protokolları, təxliyə planları, yanğınsöndürmə balonlarının texniki baxış aktları, daşınmaz əmlakın icbari sığorta sənədləri və digər müvafiq sənədlər
•Mövcud olmayan və ya yenilənməsinə ehtiyac olan obyektlər üçün təxliyə planlarının hazırlanmasını, yeni açılan mağazalarda isə təxliyə planlarının hazırlanmasını və təsdiq edilməsini təşkil etmək
•Yeni açılan mağaza, anbar, servis və digər obyektlərdə yanğın siqnalizasiya və mühafizə siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı işlərə nəzarət etmək
•Yanğınsöndürmə balonlarının dövri və illik texniki baxışdan keçirilməsinə, yararlılıq vəziyyətinə və müvafiq sənədlərin aparılmasına nəzarət etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Obyektlərdə xəbərdaredici, qadağanedici, məcburedici və köməkedici təhlükəsizlik nişanlarının, məlumat lövhələrinin və digər təhlükəsizlik materiallarının düzgün yerlərdə yerləşdirilməsinə nəzarət etmək
•Şirkətin baş ofisi, mağazaları, anbarları, servisləri və digər obyektləri üçün ilkin tibbi yardım qutularının komplektləşdirilməsinə və vaxtında yenilənməsinə nəzarət etmək
•Əməkdaşlar üçün əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik istiqamətləri üzrə təlimatların, brifinqlərin və maarifləndirici tədbirlərin təşkilində iştirak etmək
•Təlimat proqramlarının, təlimat jurnallarının, əmrlərin, prosedurların və digər HSE sənədlərinin hazırlanmasını, tətbiqini və dövri olaraq yenilənməsini təmin etmək
•Əməyin mühafizəsi və təhlükəsizlik üzrə əmrlər, prosedurlar, təlimatlar və digər normativ sənədləri hazırlamaq və mütəmadi olaraq yeniləmək
•Şirkətin struktur bölmələri və digər hüquqi şəxslər üçün HSE üzrə təlimat proqramlarının, jurnalların və əmrlərin hazırlanmasını və aktuallığının təmin edilməsini təşkil etmək
•Mağaza, anbar, servis, baş ofis və digər obyektlərdə mütəmadi HSE yoxlamaları və monitorinqlər aparmaq
•Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların qeydiyyatını aparmaq, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə nəzarət etmək və təkrar yoxlamalar həyata keçirmək
•Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək
•İş yerlərində mövcud HSE risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin görülməsində iştirak etmək
•Şirkətin obyektlərində dezinfeksiya işlərinin vaxtında və müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək, dezinfeksiya ilə bağlı müraciətləri araşdırmaq və müvafiq rəylər hazırlamaq
•İş qəzaları, bədbəxt hadisələr və digər insidentlər zamanı müvafiq prosedurlara uyğun olaraq hadisənin araşdırılmasında iştirak etmək, səbəblərin müəyyənləşdirilməsinə və təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanmasına nəzarət etmək
•Fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarının obyektlərdə tətbiqinə və tələblərə uyğunluğuna nəzarət etmək
•HSE üzrə aparılan işlər, aşkar edilmiş nöqsanlar, görülmüş tədbirlər və mövcud risklər barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək
•Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər HSE tələbləri üzrə qüvvədə olan qanunvericilik və normativ tələblərin icrasına nəzarət etmək
•Yeni açılan və fəaliyyət göstərən obyektlərin HSE tələblərinə uyğunluğunun təmin edilməsində aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək. Tələblər HSE, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi
•Ali təhsil
•Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə bilik
•Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə praktiki təcrübə
•HSE auditləri, inspeksiyalar və insident araşdırmaları üzrə təcrübə
•Təhlükəsizlik prosedurlarının hazırlanması və tətbiqi üzrə bacarıqlar
•MS Office proqramlarında yaxşı istifadə bacarığı
•Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
•İngilis və/və ya rus dili biliyi üstünlükdür. Üstünlük verilən təcrübə Retail / pərakəndə satış sektorunda HSE təcrübəsi
•Çoxsaylı mağaza və ya filial şəbəkəsi ilə iş təcrübəsi
•Anbar və logistika proseslərində təhlükəsizlik üzrə təcrübə
•ISO 45001 və digər beynəlxalq HSE standartları üzrə bilik və ya sertifikasiya
•HSE üzrə peşəkar sertifikatların olması. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət və təşkilatçılıq
•Analitik düşüncə və problem həll etmə bacarığı
•Güclü kommunikasiya bacarığı
•Detallara diqqət
•Proaktiv yanaşma
•Komanda ilə işləmək bacarığı
•Sahədə işləməyə və mütəmadi monitorinqlər aparmağa hazır olmaq. Biz nə təklif edirik Böyük və dinamik şirkətdə peşəkar inkişaf imkanı
•Stabil və uzunmüddətli karyera perspektivi
•Peşəkar komanda və müasir iş mühiti
•HSE proseslərinin inkişafında aktiv iştirak imkanı
•Rəqabətli əməkhaqqı və əlavə sosial üstünlüklər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
•E-mail-in mövzu hissəsində “HSE Manager” qeyd etməyiniz xahiş olunur.