•Medikal tanıtım nümayəndəsi (Bakı) / Medikal tanıtım nümayəndəsi (Abşeron ray.-Sumqayıt) 2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq. Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik. BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi Medikal Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil
•əsas məqsəd məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. İş öhdəlikləri Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.
) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək Namizədə tələblər Təhsil (aidiyyatlı ixtisaslar)
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Təcrübə: Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə Digər tələblər: Həkimlərlə peşəkar kommunikasiya bacarığı Elmi mətnləri anlama və izah etmə qabiliyyəti Səyyar iş rejiminə uyğunluq MS Office bilikləri Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür Yaş aralığı: 25 – 40 İş yeri: Bakı İş rejimi: 09:00-18
•00 I-V gün Tam ştat (sahə işi) Təklif etdiklərimiz 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Qidalanma kartı Yol xərci və ya avtomobil varsa yanacaq kartı Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün Deyil “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir. Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.