•Madina Group MM MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü (5 gün) İş saatları: 09:00 – 18:00 Nahar fasiləsi: 13:00 – 14:00 Əmək haqqı
•Müsahibə əsasında müəyyən ediləcək Vəzifə öhdəlikləri Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması
•Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması
•Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi
•Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi
•Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi
•Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi
•Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi
•Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması
•Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi
•Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiya edilməsi və tabeçilikdə olan əməkdaşlara metodiki dəstəyin göstərilməsi. Namizədə tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
•Baş mühasib və ya maliyyə sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
•Peşəkar mühasib sertifikatının olması mütləqdir
•Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və beynəlxalq standartları üzrə dərin biliklər
•MS Office proqramlarında, xüsusilə Excel-də və 1C mühasibat proqramında peşəkar işləmə bacarığı
•Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür
•Analitik düşünmə, liderlik, komanda idarəetmə və qərarvermə bacarıqları. Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin CV-lərini “Baş mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.