•Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Merçendayzer axtarırıq. Vəzifə öhdəlikləri Aylıq merçendayzinq planlarının hazırlanması və mağazalarda vaxtında, standartlara uyğun tətbiqinə nəzarət etmək
•Mağaza vitrinlərinin aylıq merçendayzinq standartlarına uyğun yenilənməsini təmin etmək
•Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə və merçendayzinq standartlarına uyğunluğuna daim nəzarət etmək
•İstifadə müddəti yaxınlaşan və satışı zəif olan məhsulların satışını artırmaq üçün kreativ merçendayzinq həlləri hazırlamaq və icrasını izləmək
•Mağazalarda məhsul çeşidini, depo ehtiyatını və məhsulların mövcudluğunu mütəmadi yoxlamaq
•Kampaniya və endirimlər üzrə vizual kommunikasiya materiallarının hazırlanmasını və mağazalarda tətbiqini təmin etmək
•Çap materialları, aksesuarlar, mebel və digər brend elementlərinin düzgün saxlanılmasına və istifadəyə yararlı vəziyyətdə olmasına nəzarət etmək
•Mağazalarda satış üçün nəzərdə tutulan hədiyyə və məhsul dəstlərinin hazırlanmasını təşkil etmək, dizayn və təqdimatlarını hazırlamaq
•Yeni mağazaların açılışı və mövcud mağazaların bağlanışı zamanı brend materialları, loqo, aksesuar və digər ləvazimatlarla bağlı prosesləri koordinasiya etmək
•Zədələnmiş və ya yararsız vəziyyətə düşmüş mebel, aksesuar və çap materialları ilə bağlı araşdırma aparmaq və rəhbərliyə məlumat vermək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Mağazalar üçün tələb olunan yeni mebel, aksesuar və digər materialların siyahısını hazırlamaq və sifariş prosesini koordinasiya etmək
•Merçendayzinq ilə bağlı yaranan problemləri vaxtında müəyyən etmək, aidiyyəti şəxslərlə koordinasiya etmək və həllini nəzarətdə saxlamaq
•Görülən işlər üzrə mütəmadi foto, yazılı hesabat və təqdimatlar hazırlamaq
•Aylıq iş qrafikini HR Departamentinə təqdim etmək
•Brendin məhsul çeşidi, yeni məhsullar və merçendayzinq standartları barədə daim məlumatlı olmaq və keçirilən təlimlərdə iştirak etmək. Namizəd üçün tələblər Xanım namizədlər
•Merçendayzer vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür)
•Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı
•Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə
•Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şəraiti İş qrafiki: 6/1, Növbəli iş qrafiki Əmək haqqı
•800-900 Azn + KPİ Maraqlanan namizədlərdən mövzu sətrində “Merçendayzer” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri tələb olunur.