•İşin təsviri BI Group şirkətində həyata keçirilən tikinti layihələri üzrə topoqrafik, geodezik və xəritələndirmə işlərinin aparılması, ölçmə nəticələrinin emalı və layihə tələblərinə uyğunluğunun təmin edilməsi üçün *Xəritə Mühəndisi* axtarılır. Vəzifə öhdəlikləri Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər və çöl nəzarət cədvəllərinin hazırlanması
•Geodeziya və mühəndislik avadanlıqlarından istifadə etməklə layihənin icrası üçün zəruri nöqtələrin müəyyən edilməsi
•Nivelir, teodolit, Total Station və GPS/GNSS avadanlıqlarından istifadə etməklə ölçmə işlərinin aparılması
•Əsas nöqtələrin koordinatlarının, sərhədlərinin və yüksəkliklərinin müəyyən edilməsi
•Topoqrafik çəkilişlərin aparılması və ölçmə nəticələrinin qeydiyyata alınması
•Topoqrafik və geodezik məlumatların emalı və təhlili
•Layihə çertyojlarının ərazi üzrə düzgün tətbiqinə nəzarət
•Tikinti işlərinin layihə koordinatlarına və yüksəkliklərinə uyğunluğunun yoxlanılması
•Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması
•Geodeziya aktlarının və digər texniki sənədlərin hazırlanması
•Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Ölçmə və geodezik işlər üzrə hesabatların hazırlanması
•Xəritə və CİS məlumatlarının yenilənməsi
•Layihə üzrə mühəndis və texniki heyətlə koordinasiyalı fəaliyyət göstərilməsi. Vəzifə tələbləri Geodeziya, Kartoqrafiya, Xəritəçilik, Coğrafiya, Geomatika və ya uyğun ixtisas üzrə ali təhsil
•Xəritə mühəndisi/geodeziya mühəndisi kimi minimum 5 il iş təcrübəsi
•CİS (GIS) sahəsində minimum 3 il iş təcrübəsi
•Tikinti layihələrində geodeziya və topoqrafiya işləri üzrə praktiki təcrübə
•AutoCAD, Civil 3D, Netcad və digər müvafiq proqramlarda işləmə bacarığı
•ArcGIS, QGIS, ERDAS və digər CİS texnologiyaları üzrə bilik
•Total Station, Nivelir, Teodolit və GPS/GNSS avadanlıqları ilə işləmə bacarığı
•Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması üzrə təcrübə
•Geodeziya aktlarının hazırlanmasını bilməli
•Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanmasını bacarmalı
•Koordinat sistemləri, proyeksiya, datum, geoid və məkan məlumatları üzrə biliklər
•Texniki sənədləri və tikinti layihələrini oxuma bacarığı
•MS Office proqramlarında işləmə bacarığı
•Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı. Üstünlük hesab olunur Böyük tikinti və infrastruktur layihələrində iş təcrübəsi
•Civil 3D və Netcad proqramlarında yüksək səviyyədə praktiki bilik
•GNSS/RTK ölçmələri üzrə təcrübə
•CİS məlumat bazalarının yaradılması və idarə edilməsi üzrə təcrübə Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.