•“NG SKY” MMC “Baş anbardar” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır.
Əsas öhdəliklər
•Anbarın gündəlik fəaliyyətini təşkil etmək və anbar əməliyyatlarına rəhbərlik etmək
•Anbara daxil olan məhsulların, xammal, material və digər maddi sərvətlərin qəbulunu, sayılmasını, çeşidlənməsini və müvafiq sənədlərlə rəsmiləşdirilməsini təmin etmək
•Qəbul edilən məhsulların miqdarının, çeşidinin, keyfiyyətinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq
•Məhsulların və materialların müəyyən edilmiş saxlanma tələblərinə uyğun şəkildə yerləşdirilməsini və saxlanılmasını təmin etmək
•Anbarda temperatur, rütubət, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və digər müvafiq saxlama tələblərinə riayət olunmasına nəzarət etmək
•Məhsulların son istifadə müddətinə nəzarət etmək, son istifadə müddəti yaxınlaşan məhsulların vaxtında müəyyən edilməsi və bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi
•FIFO/FEFO prinsiplərinə uyğun olaraq məhsulların anbardan buraxılmasını təmin etmək
•Anbar ehtiyatlarının optimal səviyyədə saxlanılmasını təmin etmək, çatışmazlıq və ya artıq ehtiyat yarandıqda bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi
•Anbar üzrə giriş-çıxış əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.