•Royalé Casino komandamıza yeni əməkdaşlar axtarırıq! Royalé Casino-da qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, oyun proseslərinin peşəkar, dəqiq və ədalətli şəkildə idarə olunmasını təmin etmək üçün məsuliyyətli və motivasiyalı Dealer (Krupye) xanım namizədləri komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
•Şirkətin siyasətlərinə, daxili prosedurlarına və kazino qaydalarına uyğun olaraq masa oyunlarını idarə etmək
•Oyunların ədalətli, dəqiq və peşəkar şəkildə keçirilməsini təmin etmək
•Qonaqlara yüksək səviyyəli xidmət göstərmək və xoş oyun atmosferi yaratmaq
•Zəruri hallarda oyun qaydalarını və prosedurlarını oyunçulara izah etmək
•Oyun çipləri, kartlar, avadanlıqlar və ödənişlərin düzgün idarə olunmasını təmin etmək
•Oyun prosesinə nəzarət etmək və hər hansı uyğunsuzluq, mübahisə və ya şübhəli halları rəhbərliyə bildirmək
•Təhlükəsizlik prosedurlarına, məsuliyyətli oyun standartlarına və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) tələblərinə riayət etmək
•Tələb olunan təlimlərdə iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək.
Namizədə tələblər
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Bu vəzifə üçün əvvəlcədən iş təcrübəsi və ali təhsil tələb olunmur . 20-30 yaş arası xanım namizədlər
•Azərbaycan dilində sərbəst, əlavə olaraq İngilis və ya Rus dillərindən birini mükəmməl səviyyədə bilmək
•Öyrənməyə həvəsli, diqqətli və məsuliyyətli olmaq
•Növbəli iş qrafiki ilə çalışmağa hazır olmaq
•Komandada işləmək bacarığı və yüksək qonaq məmnuniyyəti yönümlülük.
Təlim proqramı
•Seçilmiş namizədlər işə başlamazdan əvvəl şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramında iştirak edəcəklər. Təlim müddəti ərzində namizədlərlə təlim müqaviləsi bağlanılır
•Təlim dövründə iştirakçılara şirkət tərəfindən aylıq 850 AZN (net) ödəniş həyata keçirilir
•Təlim proqramını uğurla başa vuran namizədlər aylıq 2 000 AZN (net) əmək haqqı + bonuslar ilə rəsmi əmək müqaviləsi əsasında iş fəaliyyətinə başlayacaqlar.
Əlavə məlumat: İş yeri: Nardaran qəsəbəsi İş qrafiki
•6 günlük Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Niyə Royalé Casino
•Yüksək və rəqabətli əmək haqqı
•Rəsmi əmək müqaviləsi və sosial təminatlar
•Korporativ təlim və peşəkar inkişaf proqramları
•Karyera yüksəlişi imkanları
•Müasir və beynəlxalq standartlara uyğun iş mühiti
•Peşəkar komanda ilə çalışma imkanı. Royalé Casino-da işləmək sadəcə bir iş deyil — bu, qlobal kazino və qonaqpərvərlik sənayesində peşəkar karyera qurmaq üçün unikal fürsətdir. Sizi komandamızda görməkdən məmnun olarıq! Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Dealer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.