•Vəzifə öhdəlikləri Müəssisənin elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək
•Elektrik avadanlıqlarına planlı texniki xidmət, profilaktik baxış və təmir işlərini həyata keçirmək
•Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq
•Elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular, kabel xətləri və işıqlandırma sistemlərinin istismarına və texniki xidmətinə nəzarət etmək
•Elektrik sxemlərinə və texniki sənədlərə uyğun olaraq montaj, qoşulma və sazlama işlərini yerinə yetirmək
•Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi prosesində iştirak etmək
•Elektrik avadanlıqlarının cari və əsaslı təmir işlərinin icrasında iştirak etmək
•Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
•Elektrik işlərinin qüvvədə olan texniki norma, standart və təlimatlara uyğun icrasını təmin etmək
•Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. Tələblər Elektrik, Energetika və ya digər əlaqəli ixtisas üzrə orta ixtisas və ya peşə təhsili
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatın olması üstünlük hesab olunur
•Elektrik sxemlərini oxumaq və elektrik ölçü cihazlarından istifadə etmək bacarığı
•Elektrik avadanlıqlarının istismarı və texniki xidməti üzrə biliklər
•Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı. Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti İş yeri
•Ağdərə, Azərbaycan
İş qrafiki
•Növbəli iş qrafiki
Yaşayış yeri və qidalanma
•Şirkət tərəfindən təmin edilir. Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.