•Avensol MMC təcrübəli “ Mülki İnşaat Mühəndisi ” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələr
•Yarımstansiya və digər tikinti layihələri üzrə mülki işlərin layihələndirilməsi, cizgilərin hazırlanması və texniki həllərin işlənib hazırlanmasını təmin etmək
•Layihə və shop drawing-ləri müstəqil şəkildə hazırlamaq, texniki detalları düzgün işləmək və sahədə tətbiqinə nəzarət etmək
•Görülən işlərin layihə tələblərinə, texniki spesifikasiyalara, normativ sənədlərə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək
•Sahədə podratçılar, mühəndislik qrupları və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək
•İşlərin icra qrafikinə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək
•Texniki hesabatların, icra sənədlərinin və tələb olunan digər sənədlərin hazırlanmasında iştirak etmək
•Sahədə yaranan texniki məsələlərin operativ həllinə dəstək vermək.
Namizədə tələblər
•Mülki inşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
•Mülki tikinti sahəsində minimum 5 il iş təcrübəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Yarımstansiya, enerji, sənaye və ya iri həcmli tikinti layihələrində təcrübə üstünlükdür
•AutoCAD proqramı və texniki layihə sənədləri ilə müstəqil işləmək bacarığı
•Layihə cizgilərini, shop drawing və texniki sənədləri hazırlamaq, işləmək və inkişaf etdirmək bacarığı
•Tikinti prosesləri, sahə işlərinin təşkili, keyfiyyətə nəzarət və texniki koordinasiya üzrə biliklər
•Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı
•İngilis dili biliyi mütləqdir. Əmək haqqı təcrübəyə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Civil Engineer" başlığı ilə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.