Azərbaycan dilində elə yazırsınız ki, sözləriniz diqqət çəkir və satır
•Onda bu elan sizin üçündür. Shukurov Marketing Group komandasına Kontent marketoloq axtarırıq.
Biz bizneslər üçün sistemli marketinq qururuq
•target, kontekst reklam, satış qıfı, strategiya və kreativlər. İndi isə kontenti satış alətinə çevirə bilən, sözlə işləməyi bacaran yeni komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri: Kontent-plan hazırlamaq və ona uyğun kontent yerləşdirmək Azərbaycan dilində satış mətnləri, postlar, başlıqlar və reklam mətnləri yazmaq Stories, post və Reels üçün mətn və ssenari hazırlamaq Mətnləri redaktə etmək və xidmət təsvirləri yazmaq Auditoriyanı və onun ehtiyaclarını nəzərə alaraq yeni kontent ideyaları təklif etmək Dizayner və marketoloqla birlikdə işləmək, materialların tərtibatına nəzarət etmək Tapşırıqları vaxtında təhvil vermək və son tarixlərə əməl etmək Tələblər: Kopiraytinq və ya SMM sahəsində ən azı 2 il təcrübə Azərbaycan dilində qüsursuz yazılı ünsiyyət Rus dili biliyi üstünlükdür SMM-in əsas prinsiplərini başa düşmək Kreativ düşüncə və mətni satış alətinə çevirmək bacarığı Portfolio / iş nümunələri mütləqdir Məsuliyyət, müstəqillik və nəticəyönümlülük Yaş və cins fərq etmir - bacarıq önəmlidir Şərtlər: İş formatı: ofisdən Bakı Qrafik: Bazar ertəsi - Cümə, 10:00-18:00 Əməkhaqqı namizədin bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunur Niyə biz
Peşəkar və dəstəkləyici komanda Daimi öyrənmə və peşəkar inkişaf mühiti Kontent-strateq / istiqamət rəhbəri səviyyəsinə qədər karyera yüksəlişi imkanı Kimi axtarmırıq: Son tarixləri daim gecikdirənləri “Unutdum / çatdırmadım / görmədim” deyənləri Yalnız daimi nəzarət altında işləyə bilənləri Necə müraciət etmək olar
•CV və portfolionuzu Direct-ə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Müraciətinizə Azərbaycan dilində yazdığınız 1 qısa mətn nümunəsi əlavə edin - dil bizim üçün əsas meyardır.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.