•"Ovira Beauty" kosmetika və gözəllik sahəsində dinamik şəkildə inkişaf edən, müştərilərinə keyfiyyətli məhsullar təqdim edən brenddir. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, aktiv, enerjili və nəticəyönümlü Topdan Satış Meneceri axtarışındayıq!
İşin təsviri və vəzifə öhdəlikləri
•Təyin olunmuş ərazilər üzrə kosmetika mağazalarını, gözəllik salonlarını və digər potensial satış nöqtələrini mütəmadi ziyarət etmək
•Məhsulların (kosmetika və qulluq vasitələri) xüsusiyyətlərini və üstünlüklərini müştərilərə peşəkar şəkildə tanıtmaq və təqdimatını etmək
•Müasir satış texnikalarından istifadə edərək topdan satış həcmini artırmaq
•Mövcud müştəri bazasını qorumaq və yeni satış nöqtələri cəlb etməklə şəbəkəni genişləndirmək
•Sifarişlərin qəbulu, rəsmiləşdirilməsi və məhsulların vaxtında çatdırılması prosesinə nəzarət etmək
•Müştərilərlə olan ödənişlərə (debitor borclara) nəzarət etmək və vaxtında yığılmasını təmin etmək.
Namizədə dair tələblər: Təcrübə
•Kosmetika topdan satışı sahəsində minimum 3-5 illik uğurlu iş təcrübəsi (Topdan satış prinsiplərini və bunun kosmetika sahəsində tətbiqini mükəmməl bilmək mütləqdir)
Sahə biliyi
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Kosmetik məhsullar, onların tərkibi, növləri və istifadə təyinatı barədə geniş biliyə malik olmaq
Müştəri bazası
•Bakı və ya Azərbaycanın regionları üzrə aktiv kosmetika mağazaları/salonlar bazası olan namizədlərə üstünlük verilir
Yaş və Cins
•27 - 39 yaş aralığında olan qadın namizədlər
Satış bacarıqları
•Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı, müasir satış texnikaları ilə işləmək qabiliyyəti
Dözümlülük və Həvəs
•Satış sahəsinə böyük maraq və həvəsi olmaq, sahə (sahə vizitləri) işinin gətirdiyi iş yükünü və tempini qaldırmağı bacarmaq
•Aktiv, məsuliyyətli, komandada işləmək həvəsi olan və şəxsi inkişafa can atan. Komandanın bir parçası olmaq istəyən namizədlər öz CV-lərini Whatsapp nömrəmizə göndərmələrini xahiş edirik - +994 55 563 62 01 Ofis - Həsənbəy Zərdabi 87, Yasamal rayonu, Bakı şəhəri. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.