•TəsvirVəzifə haqqındaTexniki Analitika üzrə mütəxəssis biznes tələblərinin texniki həllərə çevrilməsi, məlumatların analiz edilməsi və sistemlərarası inteqrasiyaların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək. Namizəd bank və ya maliyyə sistemləri üzrə analitik düşüncə qabiliyyətinə malik olmalı, biznes və texniki komandalar arasında effektiv əməkdaşlığı təmin etməlidir.Vəzifə öhdəlikləriBiznes tələblərini toplamaq və texniki spesifikasiyalara çevirmək
•Sistemlər üzrə analiz aparmaq və təkmilləşdirmə təklifləri vermək
•Texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək
•Məlumatları analiz etmək və hesabatlar hazırlamaq
•İnkişaf komandası ilə koordinasiyalı işləmək və texniki dəstək göstərmək
•Test proseslərində iştirak etmək və nəticələri analiz etmək
•Sistemlərarası inteqrasiya proseslərini izləmək və dəstəkləmək.Tələblərİnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil
•Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (rus dilini bilmək üstünlükdür)
•Texniki analitika, biznes analitikası və ya oxşar sahə üzrə 1–3 il iş təcrübəsi (bank və ya maliyyə sektorunda təcrübə üstünlükdür)
•Biznes tələblərinin təhlili, texniki sənədləşdirmə və analitik düşünmə bacarığı
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.