•Təcrübəçi Qrafik Dizayner axtarılır VR Media Marketinq komandası 2 aylıq ödənişli təcrübə proqramı (biz tərəfdən verilir məbləğ) üçün qrafik dizayner axtarır. Təcrübə müddətini uğurla tamamlayan namizədin komandamızda daimi işlə təmin olunmaq imkanı olacaq.
Namizədə tələblər: — Dizayn kursunu bitirmiş və ya bu sahədə özünü inkişaf etdirən olmalı — Hazırladığı işlərdən ibarət portfolio təqdim etməli — Photoshop, Illustrator və Canva proqramlarında işləməyi bacarmalı — Sosial media postları, story dizaynları, reklam bannerləri və sadə korporativ materiallar hazırlamağa maraqlı olmalı — Verilən brief-i düzgün anlayıb dizayna çevirməyi bacarmalı — Sürətli, məsuliyyətli və öyrənməyə açıq olmalı Üstünlükdür: — ChatGPT, Gemini və digər AI alətlərindən ilkin səviyyədə istifadə bacarığı — Reklam və sosial media dizayn trendlərinə maraq İş barədə: — Gündəlik veriləcək brief-lər əsasında dizaynların hazırlanması — Sosial media, reklam və brend materialları üzərində komanda ilə birlikdə işləmək — Hazırlanan dizaynlara verilən düzəlişləri vaxtında icra etmək Təcrübə müddəti: 2 ay Format: Ödənişli təcrübə proqramı Təcrübə müddətində iş qrafiki: Həftənin 5 günü, 10:00–18:00 İş yeri: Ofisdən Şənbə günü yalnız çox təcili iş olduğu halda evdən 11:00–15
•00 arası dəstək tələb oluna bilər. Uyğun namizədlər CV və portfoliolarını info@vrproduction.az ünvanına göndərə bilərlər. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.