•Sosial Media Meneceri BTV Xəbər komandası fəaliyyətini genişləndirir və peşəkar Sosial Media Meneceri axtarır.
Vəzifə öhdəlikləri
•BTV-də yayımlanan xəbərlərin operativ şəkildə Facebook, Instagram, X (Twitter), Telegram, TikTok və digər sosial media platformalarında paylaşılmasını təmin etmək
•Xəbərlərin sosial media üçün uyğun mətn, başlıq və vizual materiallarla hazırlanması
•Gündəlik sosial media hesablarının idarə edilməsi və izləyicilərlə operativ ünsiyyətin qurulması
•Gündəlik paylaşım planının icrası və xəbər axınının çevik şəkildə idarə olunması
•Sosial media üçün qısa video və vizual kontentin hazırlanması.
Tələblər
•Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili üstünlükdür)
•Sosial media platformalarının iş prinsiplərini yaxşı bilmək
•Canva, CapCut və digər foto/video montaj proqramlarından sərbəst istifadə bacarığı
•Operativ, məsuliyyətli və diqqətli olmaq
•Komandada işləmək bacarığı
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Xəbər mediası və ya SMM sahəsində ən azı 1 il iş təcrübəsi (üstünlük hesab olunur).
İş qrafiki
•Tam iş günü
•Zərurət olduqda növbəli iş qrafiki.
Müraciət
•Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sosial Media Meneceri" qeyd etməklə info@btvxeber.az elektron poçt ünvanına göndərə və ya 060 212 12 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər. BTV Xəbər – Xəbəri ilk paylaşan komandanın bir hissəsi olun! Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!