•Bompani komandamıza Satış Meneceri axtarır. Fəaliyyət sahəmiz quraşdırılan mətbəx texnikasıdır. Bu vəzifədə çalışan əməkdaş yalnız məhsul satışı ilə deyil, həmçinin mətbəx mebeli, texniki uyğunluq və müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimi ilə bağlı biliklər əldə edir. Şirkətimizdə əməkdaşlara etibar və sərbəst işləmə mühiti yaradılır. Buna görə də bu vəzifə özünü idarə etməyi bacaran, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq namizədlər üçün xüsusilə uyğundur. Məqsədimiz yalnız satış həyata keçirən əməkdaş deyil, zamanla komandaya real dəyər qatan və etibar olunan peşəkar satış mütəxəssisləri yetişdirməkdir.
Vəzifə öhdəlikləri Mağazaya müraciət edən müştərilərə məhsulların təqdimatını həyata keçirmək Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun mətbəx texnikasının seçilməsinə kömək etmək Məhsulların texniki xüsusiyyətlərini, funksiyalarını və üstünlüklərini izah etmək Müştəriyə fərdi təkliflər hazırlamaq, təqdim etmək və satış prosesini izləmək Satışı uğurla yekunlaşdırmaq və sifarişləri rəsmiləşdirmək Mövcud və potensial müştərilərlə peşəkar və düzgün ünsiyyət qurmaq Müştəri müraciətlərini və satış proseslərini vaxtında təqib etmək Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və tələb olunan qaydada yerinə yetirmək Görülən işlər üzrə gündəlik və həftəlik hesabatlar hazırlamaq Bazar və rəqib araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini analiz etmək Tələblər Satış sahəsində iş təcrübəsi arzuolunandır Güclü ünsiyyət və təqdimat bacarığı Müştəri yönümlü yanaşma MS Office proqramlarında sərbəst işləmək bacarığı Aktiv, çevik və təşəbbüskar olmaq Məsuliyyətli və nizam-intizamlı olmaq Müstəqil işləməyi və özünü idarə etməyi bacarmaq Yeni məhsul və texniki məlumatları öyrənməyə həvəsli olmaq Azərbaycan dilində səlis danışıq və yazı bacarığı Rus dili biliyi üstünlükdür İş şəraiti İş qrafiki: 6 günlük, 09:00–19:00 İş yeri
•Bakı şəhəri, N.Yusifbəyli küç. 42C AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Şirkətdaxili təlim və inkişaf imkanları Karyera yüksəlişi imkanı Peşəkar və inkişaf yönümlü iş mühiti Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.