•Chiffon Boutique mağazamıza satıcı xanım axtarırıq! Əgər ünsiyyətcil, enerjili və sosial mediadan istifadə etməyi sevirsinizsə, komandamıza qoşula bilərsiniz.
Vəzifə öhdəlikləri
•- Müştəriləri qarşılamaq, məhsullar haqqında məlumat vermək və satış prosesini həyata keçirmək
•- Mağazada məhsulların foto və qısa videolarının çəkilməsinə dəstək olmaq
•- Lazım olduqda mağazanın TikTok hesabında canlı yayımlar edərək məhsullar barədə məlumat vermək
•- Mağazanın səliqə və nizamını qorumaq.
Qeyd
•Çəkilişlər məhsulların tanıdılması məqsədi daşıyır. Bu vakansiya model və ya peşəkar foto/video çəkilişi işi deyil.
Tələblər: - Yaş
•22–35 - Ünsiyyət bacarığı yüksək olmalı
•- Kamera qarşısında özünü rahat ifadə edə bilməli
•- Sosial media platformalarına maraq göstərməli
•- Məsuliyyətli, aktiv və komandada işləməyi bacarmalı
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
İş şəraiti: - İş qrafiki: Həftədə 6 iş günü - İş saatı: 10:00–20:00 - Əməkhaqqı: 400 AZN + bonus - İş yeri
•Gənclik metrosu yaxınlığında Əgər moda sahəsində işləmək, müştərilərlə ünsiyyət qurmaq və məhsulların sosial mediada tanıdılmasına dəstək olmaq istəyirsinizsə, CV-nizi və ya əlaqə nömrənizi bizimlə paylaşa bilərsiniz. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.