•Prometech şirkəti komandasına Rəqəmsal (Digital) Marketinq üzrə Mütəxəssis axtarır. Vəzifənin əsas məqsədi şirkətin veb-resurslarının axtarış sistemlərində görünürlüyünü artırmaq, organik trafiki yüksəltmək və rəqəmsal marketinq strategiyalarının effektiv icrasını təmin etməkdir. Uğurlu namizəd SEO-nun bütün istiqamətlərini — açar söz optimizasiyasından texniki SEO və analitikaya qədər — müstəqil şəkildə idarə edəcək və nəticəyönümlü yanaşma ilə şirkətin onlayn mövqeyinin gücləndirilməsinə töhfə verəcək. İşin təsviri Şirkətin rəqəmsal marketinq və SEO strategiyalarının hazırlanması və icrası
•Semantik nüvənin hazırlanması və açar sözlər üzrə optimizasiyanın aparılması (aylıq 100+ açar söz)
•Kontentin SEO tələblərinə uyğun optimizasiyası (aylıq 100+ səhifə)
•Məhsul səhifələri üçün Schema Markup-ın tətbiqi
•On-page və Off-page SEO fəaliyyətlərinin həyata keçirilməsi
•Texniki SEO işlərinin aparılması və veb-saytın texniki sağlamlığına nəzarət
•Google Search Console (Webmaster) xətalarının izlənməsi və aradan qaldırılması
•Detallı SEO auditlərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması
•Meta teqlərin (title, description, heading strukturu) işlənməsi və optimallaşdırılması
•Backlink profilinin analizi və keyfiyyətli backlink strategiyasının qurulması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•UX/UI istiqamətində təkmilləşdirmə təkliflərinin verilməsi
•Kontent, dizayn və satış komandaları ilə koordinasiyada işləmək
•Rəhbərliyə aylıq SEO hesabatlarının və analitik təkliflərin təqdim edilməsi. Tələblər Minimum 2 il SEO / rəqəmsal marketinq sahəsində iş təcrübəsi
•Bakalavr təhsili (Marketinq, Biznes, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr)
•Azərbaycan dili sərbəst səviyyədə
•İngilis dili yaxşı səviyyədə (rus dili üstünlükdür)
•Google Analytics (GA4), Google Search Console, Yandex Metrica üzrə praktiki biliklər
•SEO alətləri (Ahrefs, SEMrush, Screaming Frog və s.) ilə işləmə bacarığı
•HTML, CSS və Schema Markup üzrə baza biliklər
•Texniki SEO (sayt sürəti, indeksləşmə, crawl budget, Core Web Vitals) üzrə biliklər
•MS Word, Excel və PowerPoint bilikləri
•Google Ads və sosial media reklam platformaları üzrə biliklər üstünlükdür
•Analitik düşünmə və problem həll etmə qabiliyyəti
•Güclü kommunikasiya və təqdimat bacarığı
•Komandada işləmə bacarığı
•Öyrənmə çevikliyi və dəyişikliklərə sürətli adaptasiya
•Əvvəlki iş təcrübəsindən real portfolio nümunələrinin təqdim edilməsi mütləqdir — icra olunmuş SEO layihələri, əldə edilən nəticələr (organik trafik artımı, açar söz mövqelərinin yüksəlişi və s.) və hazırlanmış aylıq hesabat nümunələri. Təklif edirik * 5 günlük iş qrafiki
•* Peşəkar inkişaf və karyera imkanları
•* Dəstəkləyici və dinamik iş mühiti.
📩 Müraciət
•“Müraciət et” düyməsində yerləşdirilmiş link vasitəsilə CV və portfolio əlavə edərək müraciət edə bilərsiniz. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!