•Middle Content Creator Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!
Əsas Öhdəliklər: • Kontent Strategiyası və Planlama
•Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması. • Yeni müştərilər üçün brifə uyğun yaradıcı ideya və konseptin yaradılması. • Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
• Kopiraytinq
•Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması. • Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması. • Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması. • Çəkiliş prosesində iştirak etmək.
Namizədə dair tələblər: • Təcrübə
•Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
• Portfolio
•Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
• Dil Bilikləri
•Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.
İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19
•00. İş rejimi - hibriddir. Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) redmark.aze@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin
•Whatsapp kanalımıza abunə olun! Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!