•TəsvirBiz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları (end-to-end) ərsəyə gətirəcəksiniz.Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması
•AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və idarə edilməsi
•Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi
•Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının qiymətləndirilməsi
•OpenAI (GPT), Google (Gemini) , Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya olunması
•Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi və infrastrukturun buna uyğun tənzimlənməsi
•Sistemlərin inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul edilməsi
•Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik hesabatlılığın aparılması.TələblərAli təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr üzrə)
•Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində minimum 3-4 il iş təcrübəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə biliklər, mikroservis arxitekturası üzrə dərin biliklər
Frontend
•React.js, Next.js framework-ləri ilə zəngin iş təcrübəsi
AI & LLM
•LangChain, LlamaIndex və ya bənzər AI framework-ləri ilə iş təcrübəsi
Vector DB
•Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search kimi verilənlər bazaları ilə işləmək bacarığı
API & İnteqrasiya
•RESTful API və WebSockets texnologiyaları üzrə dərin biliklər
Verilənlər Bazası
•PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının layihələndirilməsi
•CI/CD konseptləri, Docker və bulud serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı
Versiya Kontrolu
•Git və GitHub/GitLab ilə sərbəst işləmə bacarığı.
🌟 Üstünlükdür
•MLOps alətləri (Kubernetes) haqqında anlayış.Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi.
Elanlar birbaşa Whatsapp-a gəlsin
•Whatsapp kanalımıza abunə olun! Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!