•Bankın əsas fəaliyyətini əks etdirən hesabatların, maliyyə və qeyri-maliyyə məlumatlarının və digər hesabatların bank və PAŞA Maliyyə Holdinq Rəhbərliyinə təqdim edilməsi üçün hazırlamaq
Gəlirlilik və Biznes Keys Təhlili
•-Gəlirlilik hesabatlarının təqdim edilməsi bank məhsullarının, seqmentlərin, squadların və müştərilərin qiymətləndirilməsi üçün əsasdır. Təqdim edilən hesabatlar biznes seqmentlərə və məhsul sahiblərinə öz nəticələrini izləmək, məhsullar və ya müştərilərlə bağlı faktiki nəticələrə əsaslanan qərarlar vermək prosesinə töhfə verir. Bu hesabatların hazırlanması üçün gəlir və xərclərin Fəaliyyət Əsaslı (Activity Based Costing) bölüşdürülməsi metodologiyasının tətbiq edilməsi
•-Məhsulun təhlilində fəal iştirak etmək, biznes keyslərin qiymətləndirilməsi üçün vacib məlumatların təqdim edilməsi
Əsas fəaliyyət göstəricilərinin (ƏFG, KPI) monitorinqi üçün hesabatlar hazırlamaq
•-Biznes seqmentlər və squadlar üçün ƏFG-lərin faktiki nəticələrinin ölçülməsi üçün hesabatlar təqdim etmək
•-Bankın İllik və Strateji ƏFG-lərinin haqqında dəqiq və vaxtında məlumatın təqdim edilməsi
Hesabatların hazırlanmasında BI (Business Intelegence) Alətlərindən istifadə etmək
•-İdarəetmə hesabatlarını təqdim etmək üçün Bank daxilində Tableau kimi qabaqcıl BI alətlərinin tətbiq edərək yuxarı menecment və biznes seqmentlərinin ehtiyacları üçün fərdiləşdirilmiş mürəkkəb qrafik və vizuallardan istifadə edərək hesabatlar hazırlanması. Bundan əlavə, monitorlar, televizorlar, planşetlər və mobil cihazlarda istifadə üçün uyğunlaşdırılmış hesabatlar hazırlamaq
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•-Biznesin təkmilləşdirilməsi və gəlirliliyi təmin etmək üçün Data Science komandası tərəfindən hazırlanmış use case-lər üçün məlumatların müəyyən edilməsinə dəstək olmaq və faktiki nəticələrin yenidən hesablamaq. Bundan əlavə, use case-lər üzrə ƏFG-ləri hesablamaq və avtomatlaşdırmaq, həm bankın, həm də PAŞA Maliyyə Holdinq Data Governance komandalarına faktiki nəticələri çatdırmaq
Müxtəlif layihə və təşəbbüslər üçün məlumatlar təqdim etmək
•-Bankın kart biznesinə görə Kapital Bankla aparılan hesablaşmalar üçün faktiki nəticələrin təqdim edilməsi
•-Hər bir əməliyyat üçün “Interchange” gəlir və xərclərinin hesablanmasında iştirak etmək.-Bankın kredit qabiliyyətini qiymətləndirmələri üçün üçüncü tərəf reytinq agentliklərinə (Standard & Poor's və Fitch) ətraflı hesabatlar və məlumat paketləri təqdim etmək. Həmçinin konsaltinq şirkətlərinə (McKinsey və Boston Consulting Group) məlumatlar, təhlillər və bankın məhsulları ilə bağlı maliyyə və qeyri maliyyə məlumatları təqdim etmək
Hesabatlılıq departamentinin digər funksiyalarını dəstəkləmək
•-Həm Tənzimləyici Hesabatlılıq Şöbəsinə, həm də Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupuna dəstək vermək
•-Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupu tərəfindən ilk olaraq alınan, lakin İdarəetmə Hesabatlılıği Şöbəsinin təcrübəsini tələb edən gəlirliliklə bağlı sorğuların cavablandırmaq. Bundan əlavə, tənzimləyici hesabatların avtomatlaşdırılmasına töhfə vermək.
TələblərTəhsil
•Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
Tələb olunan iş təcrübəsi
•Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
Lisenziya / Sertifikat
•Maliyyənin modelləşdirilməsi, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikata üstünlük verilir
Xarici dillər
•İngilis dili (səlis)
Kompüter bilikləri
•SQL (yaxşı səviyyədə), MS ofis proqramları (Excel yaxşı səviyyədə), VBA, Tabelau (arzu olunandır). Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.