Analiz nəticələrinin biznes tərəfinə və rəhbərliyə aydın, strukturlaşdırılmış və qərarverməyə yararlı formada təqdim edilməsi
•Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların düzgün müəyyənləşdirilməsi və onların data əsaslı həllərə çevrilməsi
•Qəbul edilən qərarların və həyata keçirilən dəyişikliklərin nəticələrinin sonradan ölçülməsi və təsir analizinin aparılması.TələblərGüclü analitik və məntiqi düşünmə bacarığı
•Kompleks biznes problemini strukturlaşdırmaq, əsas səbəbi müəyyən etmək və mümkün həll yollarını formalaşdırmaq bacarığı
•Məlumatlara yalnız hesabat səviyyəsində deyil, biznes kontekstindən yanaşmaq və rəqəmlərin arxasındakı səbəbləri müəyyən edə bilmək
•SQL üzrə yaxşı praktiki biliklər və böyük həcmli məlumatlarla işləmək bacarığı
•Python ilə data analitikası üzrə praktiki biliklər
•Pandas, NumPy və analoji data analytics kitabxanaları ilə işləmə təcrübəsi
•Microsoft Excel üzrə yüksək səviyyəli biliklər və analitik modellərin qurulması bacarığı
•Power BI və ya digər BI/data visualization alətləri ilə işləmə bacarığı
•KPI, trend, müqayisəli analiz, segmentasiya, səbəb-nəticə analizi və digər analitik yanaşmalar barədə anlayış
•Biznes tələblərini analitik tapşırığa çevirmək və uyğun metodologiya seçmək bacarığı
•Data əsasında hipotez qurmaq, onu yoxlamaq və nəticələrdən əsaslandırılmış qərarlar çıxarmaq bacarığı
•Problemlərə sistemli, analitik və həll yönümlü yanaşma
•Analiz nəticələrini texniki olmayan auditoriyaya sadə və anlaşılan formada təqdim etmək bacarığı
•Müstəqil araşdırma aparmaq, qeyri-müəyyən situasiyalarda düzgün suallar formalaşdırmaq və həll yolunu müəyyən etmək bacarığı.Üstünlük hesab olunurBank və ya maliyyə sektorunda analitik təcrübə
•Statistik analiz və data modelling üzrə biliklər
•A/B testing, forecasting, customer segmentation və digər advanced analytics yanaşmaları ilə tanışlıq
•Analitik proseslərin Python və ya digər vasitələrlə avtomatlaşdırılması təcrübəsi
•Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!