•Akademik direktor vakansiyası Score College olaraq tədris prosesinin idarə olunması, müəllim heyətinin koordinasiyası və akademik keyfiyyətin təmin edilməsi üzrə Akademik direktor axtarırıq. Vəzifə öhdəlikləri * Kursun akademik fəaliyyətinin ümumi idarə olunması
•* Tədris proqramlarının hazırlanması, yenilənməsi və icrasına nəzarət
•* Müəllimlərin seçilməsi, adaptasiyası, koordinasiyası və fəaliyyətinin qiymətləndirilməsi
•* Müəllimlərin dərs cədvəllərinin və iş bölgüsünün hazırlanması
•* Dərslərin keyfiyyətinə nəzarət və mütəmadi dərs müşahidələrinin aparılması
•* Müəllimlərlə bağlı yaranan problemlərin araşdırılması və həll edilməsi
•* Tələbə və valideynlərdən daxil olan akademik müraciətlərin cavablandırılması
•* Tələbələrin davamiyyət, nəticə və inkişaf göstəricilərinin izlənilməsi
•* Sınaq imtahanlarının, qiymətləndirmələrin və akademik tədbirlərin təşkili
•* Müəllimlər üçün təlim və inkişaf proqramlarının hazırlanması
•* Akademik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
* Tədris şöbəsi ilə administrativ və satış komandası arasında koordinasiyanın təmin edilməsi
•* Kursun akademik standartlarının və daxili qaydalarının qorunması
•* Tədris prosesində yaranan operativ problemlərin vaxtında həll edilməsi. Namizədə tələblər * Təhsil, pedaqogika, filologiya və ya əlaqəli sahə üzrə ali təhsil
•* Təhsil sektorunda, xüsusilə kurs və ya tədris mərkəzində iş təcrübəsi
•* Akademik idarəetmə və müəllim koordinasiyası üzrə təcrübə
•* Müəllimlərin işinə nəzarət və düzgün rəy bildirmək bacarığı
•* Güclü təşkilatçılıq və liderlik qabiliyyəti
•* Problem həll etmə və qərarvermə bacarığı
•* Tələbə və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı
•* MS Office və Google Workspace proqramlarından istifadə bacarığı
•* Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
•* İngilis dili mütləqdir * Təhsil proqramları və qiymətləndirmə sistemi haqqında anlayış. İş şərtləri * Rəsmi əmək müqaviləsi
•* Aylıq sabit əməkhaqqı
•* İş nəticələrinə və müəyyən edilmiş KPI göstəricilərinə əsasən bonus sistemi
•* Peşəkar inkişaf və karyera imkanı
•Maraqlanan namizədlər CV-lərini office@eveolead.az ünvanına “Akademik direktor” başlığı ilə göndərə bilərlər. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!