•Partnership Manager 24/7 komandamıza Partnership Manager axtarırıq. Bu vəzifədə əsas fokusumuz 24/7 tətbiqi üçün yeni tərəfdaşlıqlar qurmaq və platformaya bizneslər, brendlər və müxtəlif şirkətləri cəlb etməkdir. Bununla yanaşı, 24/7-nin media və podcast layihələri üçün reklam və sponsorluq əməkdaşlıqlarının yaradılması da vəzifənin əsas istiqamətlərindən biri olacaq. Vəzifə öhdəlikləri 24/7 tətbiqi üçün yeni biznes və şirkət tərəfdaşlarının cəlb edilməsi Potensial tərəfdaşların araşdırılması və yeni əlaqələrin qurulması Şirkət və brendlərlə görüşlərin və danışıqların aparılması Tərəfdaşlıq modellərinin və kommersiya təkliflərinin hazırlanması Əməkdaşlıqların razılaşdırılması və müqavilə mərhələsinə qədər idarə olunması 24/7 üçün yeni biznes və gəlir imkanlarının yaradılması Reklam və sponsorluq əməkdaşlıqlarının cəlb edilməsi Podcast və digər media layihələri üçün kommersiya tərəfdaşlarının tapılması Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi Aylıq hədəflər üzrə işləmək və nəticələri izləmək Namizədə tələblər Partnership, Business Development, Sales, Account Management və ya əlaqəli sahədə təcrübə Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı Yeni müştəri və tərəfdaşlar cəlb etmək bacarığı Satış və kommersiya düşüncəsi Təşəbbüskarlıq və nəticəyönümlülük Müstəqil işləmək və yeni imkanlar yaratmaq bacarığı Əsas gözləntimiz 24/7 tətbiqinə real tərəfdaşlar gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və bu əməkdaşlıqları gəlir gətirən nəticələrə çevirmək. Əməkhaqqı namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müzakirə olunacaq. Əgər nəticəyönümlü və yeni biznes imkanları yaratmağı bacaran birisənsə, CV-ni bizimlə paylaş 📩 nel@247app.com Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.