•Müştəri xidmətləri və kredit əməliyyatları komandamıza peşəkar, məsuliyyətli və müştəriyönümlü namizədləri dəvət edirik. Bu vəzifədə siz müştərilərin kredit məhsulları və xidmətləri üzrə müraciətlərinin qəbulu, təhlili və emalında, onların maliyyə potensialının qiymətləndirilməsində, kredit rəsmiləşdirilməsi prosesinin dəstəklənməsində aktiv rol alacaqsınız.Vəzifə öhdəlikləriFilialdan daxil olan müraciətlərə əsasən, kredit məhsulları/xidmətləri üzrə müştəri ərizələrinə baxış keçirmək.Müvafiq müraciət kanalları (Bankın mobil əlavələri, Bankın saytı, sosial şəbəkələr və digər saytlar, mobil tətbiqlər, SMS və Call Center) vasitəsi ilə daxil olan müştəri müraciətlərini qəbul etmək və ilkin təhlilini aparmaq
•Kredit müraciətlərini online vasitələrlə etmiş müştərilərə kredit məhsulları/xidmətləri üzrə məsləhətlər vermək
•Müştəri məlumatlarını (şəxsiyyət vəsiqəsinin şəkli, öncədən götürülmüş kreditlər haqqında xülasə və s.) əldə etmək, müştəri potensialını qiymətləndirmək
•Təsdiq olunmuş səlahiyyətlər çərçivəsində müraciətlərə dair uyğun sənədləri hazırlamaq, filial üzrə məsul əməkdaşa təqdim etmək, rəsmiləşdirilməsini təmin etmək
•Potensial müştərilərə çarpaz satışlar etmək
•Müştərilərə cari məsələlərlə bağlı məsləhətlər vermək
•Müvafiq sahə üzrə bakalavr Ali təhsil
•Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı
•MS Office proqramları (Word, Excel, Outlook) üzrə yaxşı istifadəçi səviyyəsində biliklər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.